Xəbər lenti
Türkiyə-Rusiya Mərkəzinin açılması ilə bağlı YENİ XƏBƏR
“Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin ən qısa zamanda Ağdamda fəaliyyətə başlaması üçün əməkdaşlığımız Azərbaycan və Rusiya Federasiyasının koordinasiyasında davam etməkdədir”.
Manevr.az-ın xəbərinə görə, bu fikirləri Türkiyə Müdafiə Nazirliyinin həftəlik yayımlanan mətbuat bülletenində bildirilib.
Qeyd olunub ki, Ermənistanın işğalından azad edilən Azərbaycan ərazilərinin təhlükəsizliyinin təmini üçün Türkiyə Silahlı Qüvvələrinin dəstəyi davam edir: “Azərbaycan Ordusuna dəstək məqsədilə 135 personaldan ibarət 2 Xüsusi Mina Təmizləmə qrupu mina axtarışı və zərərsizləşdirilməsində iştirak edir. Digər partlayıcıların kəşfiyyatı və məhv edilməsi üçün hər birində 4 nəfər olmaqla 12 komanda (tim) və 64 personal isə təlim-tədrisə dəstək verməkdədir”.
“Türkiyə olaraq, “İki dövlət, bir millət” anlayışı ilə bu günə qədər kədərini kədərimiz, sevincini sevincimiz bildiyimiz can qardaşlarımızın yanında olmağa davam edəcəyik” deyə açıqlamada bildirilib.
Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında qəbul edilən atəşkəs razılaşmasından sonra noyabrın 11-də Türkiyə və Rusiya müdafiə nazirlərinin imzaladıqları memorandum çərçivəsində Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə hər iki ölkənin Birgə Mərkəz yaratması qərarı verilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar