Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Aqil Məmmədov: "Ağdaban kəndinə gediş-gəliş yoxdur"

Tarix: 20-12-2020 12:23     Baxış: 3180 A- / A+
Aqil Məmmədov: "Ağdaban kəndinə gediş-gəliş yoxdur"


"Azad edilmiş torpaqlarımızda hər şey qaydasna düşəndən sonra Ağdərə yolunun açılışı olacaq. İnanıram ki, Ağdərəyə yaxın olan kəndimizə - Ağdabana da gediş-gəlişimiz təmin ediləcək”.


Manevr.az
xəbər verir ki, bu sözləri modern.az-a Kəlbəcərin deputatı Aqil Məmmədov söyləyib. O, bildirib ki, hələlik doğma kəndinə, o cümlədən Kəlbəcərə gedə bilməyib:

"Təxminən 10 gün əvvəl Göygöl rayonunda idim. Amma komendant rejimi qüvvədə idi və əraziyə buraxılış sənədim yox idi. Ona görə, Kəlbəcərə gedə bilmədim. Amma nəzərdə tutmuşam ki, yaxın vaxtlarda müvafiq qurumlardan rəsmi razılıq aldıqdan sonra gedim. Kəlbəcərlə gündəlik əlaqəmiz var. Orada polis idarəmiz fəaliyyət göstərir. Hər gün onlarla əlaqə saxlayırıq. Hər şey qaydasındadır. İş aparılır. Qışla əlaqədar çətinlik yaransa da, minalardan təmizlənmə prosesi davam etdirilir.

Bəziləri qeyri-qanuni halda getməyə cəhd edirlər. Mən bununla bağlı əhaliyə müraciət edərək bildirirəm ki, rəsmi icazə verilmədən azad olunmuş ərazilərimizə getməyə cəhd göstərməsinlər.

Təhlükəsizlik baxımından bu, uyğun deyil. Amma insanları da anlayıram. Biz 30 ilə yaxındır, öz doğma torpaqlarımızı görmürük, ziyarət edə bilmirik. Hər kəs istəyir ata-baba yurduna nəhayət ayaq bassın. Amma bu qədər gözləmişik, bir müddət də səbr edə bilərik. Minalardan təmizlənmədən sonra icazə verildikdə, sərbəst gediş-gəliş olacaq”.

Müdafiə Nazirliyinin Kəlbəcərdən mütəmadi videolar yayımladığını xatırladan deputat diqqətə çatdırıb ki, ermənilər ən ucqar kəndlərimizdə belə daş üstündə daş qoymayıblar:

"Evləri söküb, dağıdıblar, vandallıqlarını göstəriblər. O kəndlər hamısı yenidən qurulacaq.

Bizim kəndimiz Ağdaban Ağdərə istiqamətində yerləşir. Hazırda ora buraxmırlar. Gözləyirik ki, ora da icazə verilsin, gedək, görək, əzizlərimizin qəbirini ziyarət edək.

Birinci Qarabağ müharibəsində kəndin 33 nəfər sakini ermənilər tərəfindən qətlə yetirilmişdi. Həmin insanların bir hissəsinin qəbri Ağdabandadır. Qayıdanda onların da qəbrini ziyarət etməyi nəzərdə tutmuşuq.

Kəlbəcərdə olan polis və hərbçilərimizin verdiyi məlumata görə, hələlik kənd ərazisinə gediş yoxdur. Ağdaban ləğv edilən Ağdərə rayonun ərazisi kimi təqdim edilirdi. Ona görə, hələlik münaqişəli zona olduğundan hərəkət yoxdur. Hər şey qaydasına düşəndən sonra Ağdərə yolunun da açılışı olacaq. İnanıram ki, Ağdaban məsələsi də yaxın vaxtda öz həllini tapacaq, ora gediş-gəlişimiz olacaq”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar