Xəbər lenti
Ramin Bayramlının vaz keçmədiyi kadrın istəkləri: indi də jurnalistləri təhqir etdi - ŞƏKİL
Bu gün ARB TV-nin efirində yayımlanan "Günə doğru” verilişində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tənqid edilib.
Manevr.az xəbər verir ki, verilişin aparıcıları vətəndaşların haqlı narazılığına səbəb olan məsələləri gündəmə gətirərək TƏBİB-ə bir sıra suallar ünvanlayıblar.
Aparıcıların narazılıq etdiyi bir durum da qurumun mətbuat xidməti ilə əlaqə saxlamağın mümkünsüzlüyü ilə bağlı olub.
ARB TV-nin aparıcılarının söylədiklərinə isə TƏBİB-dən cavab gecikməyib. Belə ki, qurumun köhnə mətbuat katibi Rəvanə Əliyevə özünün "Facebook” hesabında aparıcıların səsləndirdiyi fikirlərə .unasibət bildirərək, "Biriniz o efirdə qışqıran aparıcılara xəbər edin ki,vallah da, billah da vəzifəm 4 aydır ki,dəyişib. Özü də onlar kimi işini bilməyən, özündən başqa heç kimi eşitməyən media işçiləri üzündən mətbuatla işləməkdən imtina etmişəm”, – deyə yazıb.
TƏBİB-in mətbuat katibi vəzifəsində çalışarkən jurnalistlərin əlinin çatmadığı xanım "sözçü”nün bugünkü tənqidə belə sürətli cavab verməsi də məsələnin ironiyasıdır.
Rəvanə Əliyevə koronavirus pandemiyası in vüsət aldığı günlərdə virusun yayılmasında vətəndaşları günahlandıraraq onları "eqoist” adlandırmışdı. O, indi də öz çamurunu medianın üstünə atır.
Qeyd edək ki, Rəvanə Əliyeva media ilə əlaqələr qura bilmədiyi, işinin öhdəsindən gələ bilmədiyi halda TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı onu Vətəndaşların Müraciəti ilə İş şöbəsinin müdiri vəzifəsinə təyin edib./yenicag.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar