Xəbər lenti
Müşfiq Məmmədli : “Qarabağ bundan sonra bölgədə sülhün, sabitliyin və inkişafın yaradılmasına öz töhfəsini verəcək”
Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində düşmən Ermənistan ordusunu darmadağın edərək kapitulyasiya etməsindən sonra bölgədə tamamilə yeni siyasi və geosiyasi vəziyyət yaranıb.
Manevr.az xəbər verir ki, bunu ölkə.az-a açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib.
Millət vəkilinin sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu hərbi əməliyyatlar nəticəsində 300-dən artıq yaşayış məntəqəsi – şəhərlər, kəndlər, qəsəbələr, strateji yüksəkliklər işğaldan azad olundu.
“Şuşanın azad olunması ilə düşmən kapitulyasiya aktına məcbur oldu. Çünki hərbi əməliyyatlar davam etsəydi, təcavüzkar Ermənistan ordusunu daha ağır mğğlubiyyətlər gözləyirdi. Şuşanın işğaldan azad olunmasından sonra noyabrın 9-da Rusiyanın fəal iştirakı ilə Ermənistan ağ bayraq qaldıraraq, Azərbaycan Prezidentinin irəli sürdüyü bütün şərtləri qəbul etmək zorunda qalaraq birgə sülh bəyanatı imzalandı. İmzalanan sülh sazişinə əsasən 3 rayon hərbi əməliyyatlar həyata keçirilmədən işğaldan azad edildi. Bölgədə Rusiyanın aktiv iştiraki ilə bərpa olundu və sülhyaratma missiyası uğurla icra olunmaqdadır. Dayanıqlı sülhün yaradılması istiqamətində ciddi addımlar atılır. Atəşkəs rejiminə riayət edilir və getdikcə daha da möhkəmlənəcək. Sülyaratma prosesinin daha da inkişaf etdirilməsi məqsədi ilə hazırda Ağdam rayonunda Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması istiqamətində iş aparılır. Türkiyə də sülhyaratma prosesinə cəlb edildikdən sonra bu istiqamətdə işlər daha da irəliyə gedəcək və bölgədə qısa zamanda sülh bərpa olunacaq”- millət vəkili qeyd edib.
Millət vəkili əlavə edib ki, müəyyən maraqlı xarici dairələrin sülhyaratma prosesindən kənarda qalması, eyni zamanda Rusiyanın atəşkəsə nail olunmasında aparıcı rol oynamasından narahat olan qüvvələr əldə olunan razılığı pozulması müəyyən cəhdlər etdilər və etməkdədirlər: “Onlar xüsusən Ermənistana müəyyən təsir vasitələrindən istifadə edərək, əldə olunan razılşamanının icrasını pozması istiqamətində destruktiv fəaliyyətlərini müşahidə etməkdəyik. Amma Ermənistan tərəfi cənab Prezident İlham Əliyevin dediyi ki, əgər düşmən tərəf əldə olunan sülh sazişini pozmağa cəhd edərsə, sərt reaksiya ilə üzləşəcək və bu, Ermənistan üçün daha ağır fəlakətlərə səbəb olar. Əgər ermənilər belə bir cəhddə olarlarsa, Azərbaycan Ermənistana sarsıdıcı zərbələr endirməyə hazır vəziyyətdədir. Çünki bu gün məhv edilmiş ordu Paşinyanın ordusu deyil, Köçəryan və Sərkisyan tərəfindən yaradılmış ordudur. Odur ki, müzəffər Azərbaycan ordusu Köçəryan və Sərkisyan ordusunun tamamilə məhv etdi. Hansı ki, bu ordu Azərbaycan xalqına qarşı dəhşətli hərbi cinayətlər, terror və soyqırım siyasəti həyata keçirib. Məhz Köçəryan və Sərkisyanın yaratdığı ordu və onların hakimiyyəti dövründə Azərbaycanın işğal edilən şəhərlərini,qəsəbələrini, kəndlərini, mədəni, tarixi, dini abidələrini, obyektlərini dağıdıb. Odur ki, Köçəryan və Sərkisyan yaxşı bilməlidirlər ki, onlar törətdikləri dəhşətli cinayətlərindən boyun qaçıra bilməyəcəklər. Onlar da törətdikləri insanlığa sığmayan cinayətlərin cəzasını mütləq alacaqlar.
Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Putin müsahibələrinin birində bildirib ki, Ermənistan razılaşmanın icrasından imtina etməsi onun üçün faciəvi nəticələrə gətirib çıxara bilər. Odur ki, Ermənistan bir daha 44 günlük müharibədən ciddi nəticə çıxarıb, gələcəyə doğru planlarını düzgün dəyərləndirməlidir. Artıq biz regionun gələcəyi, uzunmüddətli və dayanıqlı sülhün yaradılması istiqamətində addımlar atmalıyıq. Regionda dayanıqlı sülhün yaranması və inkişafı yenə də Ermənistanın siyasi düşərgəsinin vəziyyəti necə qiymətləndirəcəyindən asılı olacaq”.
Millət vəkili bildirib ki, qarşıda əsas məqsəd məcburi kğçkünlərin öz ata yurdlarına qayıtmasını təşkil etməkdir və artıq bu istiqamətdə ciddi addımlar atılmaqdadır: “Çünki təcavüzkar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarındakı bütün yaşayış məntəqlərini viranəliyə çevirib. Ağdama, Fizuliyə, Cəbrayıla səfər edən xarici jurnalistlər bu əraziləri “Qafqazın Xirosiması” adlandırırlar”.
İşğaldan azad olunmuş ərazilərə həyata keçirləvə bərpa-abadlıq işləri barədə danışan millət vəkili bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə Azərbaycana dəymiş ziyanı qiymətləndirir və yaxın zamanlarda genişmiqyaslı bərpa işlərinə başlanacaq və artıq başlanılıb:
“İlkin olaraq infrastruk bərpa olunmaqda və yollar salınmaqdadır. Yol tikintisi ilə bağlı müqavilələr artıq imzalanıb. Cənab Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan bərpa işlərinə dost ölkələri cəlb edəcək. Artıq bu istiqamətdə birinci müqavilə Türkiyə şirkəti ilə imzalanıb, ikinci müqavilənin isə İtaliya şirkəti ilə imzalanması nəzərdə tutulur. Növbəti mərhələlərdə digər dost ölkələrlə belə çoxsaylı müqavilərlərin imzalanmasının şahidi olcağıq. Azərbaycan özü də bölgədə qısa zamanda həyatı normal məcraya yönəldilməsi məqsədi ilə çoxsaylı layihələri maliyyələşdirəcək. Əsas hədəf bölgədə yeni bir əməkdaşlıq formatını həyata keçirməkdir. Qarabağ bundan sonra regional və regionlararası bir əməkdaşlıq mərkəzinə çevrilməklə bölgənin gələcək inkişafına, sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verəcək. Əgər Ermənistan da vəziyəti düzgün dəyərləndirərsə, yarancaq əməkdşalıq formatından öz ölkəsinin gələcək inkişafı üçün faydalana bilər. Bunun üçün Ermənistan ilk növbədə öz qonşularına ərzi iddialarından işğalçılıq, uydurma soyqırım siyasətindən əl çəkməlidir. Ümumiyyətlə Ermənistanda birdəfəlik anlamalıdırlar ki, onların gələcəyi, inkişafı ancaq və ancaq Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmasından keçir. Bunun əksi ermənilərin faciəsi deməkdir”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar