Xəbər lenti
"Dilqəmlə Şahbazın azadlığı Prezidentin qəti iradəsinin nəticəsidir” – Deputat Aqil Məmmədov
“Dilqəm Əsgərovla Şahbaz Quliyevin Vətənə qaytarılması Prezident, Ali Baş Komandan İlham Əliyevin iradəsinin nəticəsidir. Ali Baş Komandanın başçılığı ilə Vətən müharibəsində qazandığımız Zəfərin nəticələrindən biri kimi hamımızın illərdir həsrətlə gözlədiyimiz Dilqəmlə Şahbaz öz Vətəninə, öz doğmalarına qovuşdu. Bu münasibətlə mən Kəlbəcər ictimaiyyətinin dərin minnətdarlığını Cənab Prezidentə bildirirəm. ”.
Manevr.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aqil Məmmədov bildirib.
Onun sözlərinə görə, Dilqəmlə Şahbazın azadlığa qovuşmasını hərbi əsirlərin qaytarılıması ilə eyniləşdirmək olmaz: “Bu gün Dilqəmlə Şahbazın hərbi əsirlərlə birlikdə qaytarılması bəlkə də kimlər üçünsə sadə görünə bilər. Amma, biz ötən 6 ildə ermənilərin bu məsələyə nə qədər həssas və xaincəsinə yanaşdığını görmüşük. Onlar indiyədək təklif olunan dəyişmələrə heç zaman razı olmayıblar. Dilqəmlə Şahbazın cəsarəti, qorxub-çəkinmədən işğal altında olan ərazilərimizə səfərlər etməsi Azərbaycan xalqının böyük rəğbətinə səbəb olmuşdu. Bunu yaxşı bilən ermənilər heç cür onları dəyişmək istəmirdi. Amma Dəmir yumruq bu məsələdə də öz işini gördü. Hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı danışıqlarda cənab Prezidentin qəti mövqeyi öz nəticəsini verdi”.
Millət vəkili bildirdi ki, Dilqəmlə Şahbazın azadlığa qovuşması kəlbəcərlilər üçün Kəlbəcərin işğaldan azad olunmasından sonra ikinci böyük hadisə oldu: “Bütün xalqımız bu hadisəyə sevindi, xüsusən də, kəlbəcərlilər. Bu münasibətlə mən Kəlbəcər ictimaiyyətinin dərin minnətdarlığını Cənab Prezidentə bildirirəm. Ailəsinə, yaxınlarına gözaydınlığı verirəm. Hazırda, Dilqəm və Şahbaz müayinə və müalicə prosedurlarına cəlb olunublar. Ümid edirəm ki, onlar tezliklə sağlamlıqlarını bərpa edəcəklər. Bu dəfə təhlükəsiz, azad olunmuş Kəlbəcərə səfər edəcəklər”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar