Xəbər lenti
Qaradağın icra başçısı rəqibinə məğlub oldu
Bakının Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Beynəlxalq Boks Assosiasiyasının (AIBA) prezidenti seçilə bilməyib.
Onlayn-formatda keçirilmiş seçkidə Rusiya Boks Federasiyasının baş katibi Umar Kremlyov qalib gəlib. O, 57,3 faiz səs toplayıb.
Kremlyov yeni vəzifədə ilk işinin AIBA-nın bir neçə milyon dollarlıq borcunu yaxın altı ay ərzində bağlamaqdan ibarət olduğunu bildirib. O, həmçinin qarşıdakı iki il müddətində ali boks qurumunun bərpası və inkişafı üçün 50 milyon ABŞ dolları cəlb etməyi hədəflədiklərini vurğulayıb.
Qeyd edək ki, Umar Kremlyovun 38 yaşı var. O, Rusiya Boks Federasiyasının baş katibi vəzifəsinə 2017-ci ildə seçilib. Kremlyov, həmçinin Avropa Boks Konfederasiyasının I vitse-prezidentidir.(report)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar