Xəbər lenti
Müşfiq Məmmədli:"Qələbə paradı qalib dövlətin, xalqın, ordunun qürur paradıdı"
“Bakıda Azərbaycan Prezidenti cənab İlham Əliyevin və qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən möhtəşəm Qələbə paradı qəhrəmanlıq salnaməmizin nadir tarixi hadisəsidir. O baxımdan keçirilən bu tarixi bir gün idi. Bu qələbə paradı heç zaman unudulmayacaq və gələcək nəsillər bu günü qürurla yad edəcək”.
Manevr.az xəbər verir ki, bunu “ölkə.az”a açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib.
Millət vəkilinin sözlərinə görə, müzəffər Azərbaycan ordusu Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharəti hesabına 44 günlük müharibə düşmən üzərində parlaq qələbə ilə nəticələndi. “İşğalçı Ermənistanı məğlub edərək, işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Azərbaycan xalqı, dövləti və ordusu bir yumruq kimi birləşərək bir qəhrəmanlıq dastanı yazaraq düşmən üzərində möhtəşəm bir qələbə çalıb, şanlı bir tarix yazmış oldu”- millət vəkili qeyd edib.
Millət vəkili əlavə edib ki, bu gün keçirilən Qələbə paradı qalib bir dövlətin, xalqın və ordunun zəfər, qürur paradı idi. “Bu gün Azərbaycan bir daha dünyaya öz gücünü və qüdrətini nümayiş etdirdi. Təəssüflər olsun ki, zamanında düşmən nə Azərbaycanın, nə də ordusunun gücü və qüdrətindən düzgün nəticə çıxara bilmədiyindən bu gün ağır məğlubiyyətə düçar oldu. O baxımdan bu gün keçirilən hərbi parad düşmənə bir göstəri idi. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi”- millət vəkili vurğulayıb.
Millət vəkili onun da bildirib ki, Qələbə paradı eyni zamanda Ulu öndər Heydər Əliyevin dediyi “Bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyənin birliyinin dünyaya göstərisi idi:“Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu gün tarixi bir gündür, mən şadam ki, mənim qardaşım Ərdoğan bu paradda çıxış edir. Bu bizim birliyimizi və qardaşlığımızı göstərir. Biz ilk gündən Türkiyənin dəstəyini hiss edirdik”. Bu qələbə məhz iki qardaşın birgə əməyi nəticəsində əldə edildi. Bu sarsılmaz birlik bundan sonra da daha sıx formada davam edəcək. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın da Qələbə paradından söylədiyi kimi bundan sonra iki qardaş ölkənin daha sıx, xüsusən də işğaldan azad edilən ərazilərdə həyatın yenidən normal məcraya qaytarılmasında, orada inkişafın təmin edilməsi üçün əməkdaşlığa ciddi ehtiyac var. Onun dediyi kimi, biz bir olarıqsa kimsə qarşımızda dura bilməz və biz daha ciddi uğurlara imza atarıq. Əminəm ki, iki qardaş ölkənin birgə fəaliyyəti nəticəsində bundan sonra bölgədə daha ciddi uğurlara imza atılacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar