Xəbər lenti
Peyvənd qiymətləri ölkəyə görə dəyişəcək - Şirkət açıqladı

Pfizer və BioNTech tərəfindən hazırlanmış COVID-19 peyvəndinin qiymətləri məlum olub.
Manevr.az xəbər verir ki, Pfizer şirkətinin CEO-su Albert Bourla peyvəndin qiymətlərinin ölkəyə görə dəyişəcəyini bildirib.
O, açıqlamasında qeyd edib ki, şirkət peyvənd namizədi “BNT162b2 COVID-19”a ölkələrin ümumi daxili məhsuluna (ÜDM) uyğun olaraq qiymət verilməsinə qərar verib.
Albert Bourla deyib ki, qiymətin əsası peyvəndi hamı üçün sürətli bir şəkildə təqdim etməkdir: “Qiymətləndirmə səviyyəmiz var. İnkişaf etmiş ölkələrdən daha yüksək və inkişaf etməkdə olan ölkələrdən daha aşağı bir qiymət tələb etdik. Peyvəndi inkişaf etməmiş və yoxsul ölkələrə - məsələn, Afrikanın bir çox ölkəsinə qazanc əldə etmədən pulsuz verəcəyik”.
İcraçı direktor qeyd edib ki, inkişaf etmiş ölkələr yüksək olmayan qiymətlər ödəyəcəklər: “Peyvənd ABŞ-a adambaşına ortalama 19,5 dollar qiymətlə veriləcək. Artıq firma peyvəndi göndərmək üçün müxtəlif hökumətlərlə danışıqlar aparır. Peyvəndlərin -70 dərəcədə qorunması ilə bağlı məsələ istiqamətdə də çalışırıq, artıq yeni bir formul üzərində dayanmışıq”.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































