Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rəfail Tağızadənin "Torpaq acısı, Vətən sevgisi"

Tarix: 08-12-2020 15:33     Baxış: 3325 A- / A+
Rəfail Tağızadənin "Torpaq acısı, Vətən sevgisi"

Millət özünə qayıtdı. Dəyərlər dəyişdi.
Orduya yazılmaq, döyüşmək istəyənlərin növbəsinin ucu-bucağı görünmədi. Hamı torpaqların azad olunmasına öz qatqısını qatmaq istədi.
Əsgər evlə vidalaşıb, sevinə-sevinə döyüşə getdi.
Valideyn şəhid oğlu üçün göz yaşı axıtmadı. “Oğlum vətənə qurbandı”, dedi.
İki oğlu şəhid olan ana “Oğullarımı Vətən üçün böyütdüm”, əsgərlərə ”Şəhidlərin qanını yerdə qoymayın”; tək oğlu şəhid olan ana “Balamın nişanı da, toyu da bayrağıdı”, dedi.
Bir ana "Oğlumun düşməninin ona layiq olmadığına heyfslənirəm", söylədi.
Hamı şəhidini alqışlarla qarşıladı. Qarşısında baş əydi.
Ana şəhid oğlunun, gənc qadın şəhid həyat yoldaşının tabutuna girdi.
Dünya bu qürurla, bu mənzərə ilə heç vaxt qarşılaşmamışdı.
Bu döyüşə ruh, əzm verdi. Qələbənin, zəfərin hərəkətverici qüvvəsi oldu.
Bu idi düşməni lərzəyə salan, darmadağın edən. Dünya mətbu orqanlarının manjetlərini bəzəyən, televiziya ekranlarında tez-tez göstərilən səhnə.

Orduya hələ bu qədər sevgi olmamışdı. Çünki hamı torpağını istəyirdi. Hamının torpaq acısı, Vətən sevgisi vardı.

Müasir hərbi texnikaya yiyələnməsini, hesablamaların tam dəqiqliklə aparılmasını, döyüşçülərimizin Şuşaya alpinist kimi qalxıb, özündən dəfələrlə çox düşmənlə əlbəyaxa döyüşdə qalib gəlməsini dünyanın aparıcı hərbi ekspertləri, siyasiləri hərb tarixində yeni bir səhifə kimi qiymətləndirdi.

Hansı düşərgədə olmasından asılı olmayaraq hamı dövlətin yanında oldu. Dinindən, millətindən asılı olmayaraq hamı vətənini sevən vətəndaş, əsgər idi. Vətən üşün əlindən gələni etdi. İqtidar da, müxalifət də. Vətən, dövlət üçün münasibətlər dəyişdi. Bu idi ordunun döyüş əhvalını yüksəldən, qələbəyə ruhlandıran.
Xalq bir olanda onun ordusunun qarşısında dayanmaq çətindir.

Əsgər torpaqları azad etmək üçün şəhidlik zirvəsinə ucalmağı düşündü. Təki torpaqlar azad olsun. Döyüş yoldaşının, dostunun intiqamını almağa, vətənin, dövlətin başını ucaltmağa çalışdı. Hamı Qələbəyə can atdı. Torpaqlarımızdan mənfur düşmənin ayaq izlərini qanla yumaq istədi. İstədi ki, dünya Azərbaycanın nəyə qadir olduğunu görsün. Bu düşmənə birdəfəlik dərs olsun.
Bu qələbənin mənəvi tərəfi idi.
Ordunun ciddi hazırlıq, yüksək peşəkarlıq səviyyəsi, sistemliliyi isə onun döyüş üstünlüyünün göstəricisi idi. Bunların vəhdəti qələbəni qaçılmaz etdi.

Qələbə xalq, dövlət, ordu birliyindən doğdu.

Döyüş hazırlığı keçmiş, müasir silahlarla silahlanmış müzəffər Azərbaycan ordusu yeni səlnamə yazdı. 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızın böyük bir hissəsini çətin relyefdə gedən döyüşlərlə 44 günə düşməndən azad edildi. Bu böyük qələbədir. Böyük uğurdur.
Sonrakı uğurlar qazanılan Qələbənin sayəsində əldə olundu.

Azərbaycan ordusunun bu müharibədəki döyüşü hələ çox öyrəniləcək. Hərbi dərsliklərə salınacaq.
Bu hərbidə ilk idi.

Ordumuz bizə yadırğadığımız, unutduğumuz sevinci yaşatdı.
Yaşa Azərbaycan Ordusu!
Qələbən mübarək, Azərbaycan!

Rəfail Tağızadə
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar