Xəbər lenti
Paradda bizi hansı sürprizlər gözləyir? - Ekspert RƏYİ
Dekabrın 10-da baş tutacaq paradda 3 min nəfərdən ibarət şəxsi heyət, 150-dən çox zirehli texnika, Azərbaycanın yeni əldə etdiyi silahlar, yaylım atəşli reaktiv sistemlər, zirehli, zirehsiz və yüngül zirehli texnikalar, eyni zamanda Azərbaycanın həm yerli istehsal etdiyi Müdafiə Nazirliyi Sənayesi məhsullarının, həm də İsrail və Türkiyədən əldə edilən silah sistemlərinin, gəmi və katerlərin nümayişi nəzərdə tutulur.
Manevr.az xəbər verir ki, bunu millli.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert bildirib ki, bu paradın keçirilməsinə qədər Ermənistanda artıq paradın sarsıntılarını hiss edəcəyik:
"Paradın ən böyük əhəmiyyəti ondan ibarət olacaq ki, Azərbaycan beynəlxalq aləmə Vətən Müharibəsində qələbə çaldığını rəsmən elan etmiş olacaq. Bundan başqa, biz Azadlıq Meydanında Azərbaycan Ordusunun Qələbə Döyüş Bayrağını görəcəyik.
Təbii ki, Azərbaycan bu parada daha çox şəxsi heyət cəlb edə bilərdi. Hazırda ordumuzun ümumi sayı kifayət qədərdir. Lakin qoşunlarımız hazırda öz döyüş vəzifələrini yerinə yetirdiklərinə görə burada hər qoşun növündən, xüsusi təyinatlılardan, dəniz piyada bölmələrindən, birliklərdən heyət cəlb olunacaq. Paradda, təbii ki, Dəniz Piyadalarının, Xüsusi Təyinatlı Qüvvələrimizin, o cümlədən digər qoşun növlərinin xüsusi təyinatlı bölmələrinin iştirakı xüsusi əhəmiyyət kəsb edəcək.
Paradda düşmənin nümayiş etdiriləcək qənimət olaraq ələ keçirilən texnikalarının nümayişi, təbii ki, düşmən ölkədə ciddi bir çalxalanmaya, kataklizmə səbəb olacaq. Hazırda da bilirik ki, artıq Ermənistanda bu çalxalanma davam edir. Ermənistanın müxalif partiyaları birmənalı olaraq ölkədə Paşinyanın istefaya getməyəcəyi təqdirdə itaətsizlik aksiyalarına başlamaq üçün artıq müddət də təyin edib. Görünən odur ki, bu paradın keçirilməsinə qədər hətta Ermənistanda paradın artıq sarsıntılarını biz hiss edəcəyik.
Bir veteran kimi biz də bu paradda I Qarabağ Müharibəsi qazilərinin, şəhid ailələrinin, əvvəlki illərdə sağlamlığını itirən insanların iştirakını da görmək istərdik. Hətta bu da mümkün idi ki, I Qarabağ Müharibəsinin yaralı, şəhid, qazi ailələrindən ibarət bir qrupun da paradda keçidi təmin oluna bilərdi. Bu, bir daha Müdafiə Nazirliyinin həmin kateqoriyadan olan insanlara diqqətini nümayiş etdirmiş olardı.
Ümumilikdə isə keçirilən bu parad bütün Azərbaycan Ordusunun zəfərlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün ən mühüm bir mesaj olacaq. Paradda müttəfiq Türkiyənin rəhbərliyinin iştirakı, həmçinin Türkiyədən Azərbaycana gələcək hərbçilərin, həm də bu müharibənin qəhrəmanı olan Türkiyə və digər ölkələrin istehsalı olan PUA-ların da göstərilməsi gözlənilir. Ümumilikdə isə, bu, müstəqil Azərbaycanın tarixində ilk qələbə paradı kimi hərb tariximizə yazılacaq".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar