Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Əsirlikdə olan Bayram Kərimov ailəsinə xəbər göndərib

Tarix: 06-12-2020 14:28     Baxış: 3166 A- / A+
Əsirlikdə olan Bayram Kərimov ailəsinə xəbər göndərib

Ermənistanda əsirlikdə olan Gəncə sakini Bayram Kərimov ailəsinə xəbər göndərib.

Manevr.az xəbər verir ki, bunu B. Kərimovun atası Yaşar Kərimov bildirib.

Beynəlxalq Qırmızı Xaç Komitəsindən Y. Kərimova bildirilib ki, B. Kərimova baş çəkiblər, səhhətində heç bir problem yoxdur. B. Kərimova atasının və həyat yoldaşının göndərdiyi məktub da çatdırılıb və o, məktubları oxuyub. Bununla belə, B. Kərimov ailə üzvlərinə məktub yazmayıb, deyib ki, həyəcanlıdır, valideynlərinə və həyat yoldaşına sağ-salamat olduğunu çatdırsınlar.

Beynəlxalq Qırmızı Xaç Komitəsindən Y. Kərimova artıq B. Kərimovun oturmaqda çətinlik çəkmədiyi də bildirilib.

Yaşar Kərimov Beynəlxalq Qırmızı Xaç Komitəsinə oğlunun tezliklə əsirlikdən qaytarılmasını istədiyini bildirib.

Qeyd edək ki, B. Kərimov Şuşa uğrunda döyüşlərdə yaralandıqdan sonra əsir düşüb. B. Kərimov ailəlidir, bir azyaşlı oğlu var.

Xatırladaq ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri sentyabrın 27-dən bəri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkib. Qarabağ müharibəsi zamanı ermənilərə əsir düşən azərbaycanlılardan Amin Musayev ailəsinə məktub göndərib./apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar