Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ceyhun Məmmədov: “Qürur mənbəyimiz olan şəhidlərimiz hər zaman dövlətin və cəmiyyətin tam qayğısı ilə əhatə olunacaq”

Tarix: 05-12-2020 16:47     Baxış: 4227 A- / A+
Ceyhun Məmmədov: “Qürur mənbəyimiz olan şəhidlərimiz hər zaman dövlətin və cəmiyyətin tam qayğısı ilə əhatə olunacaq”


“Biz Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələri, Qarabağ müharibə veteranları və yaralılarına daimə diqqət və qayğısının şahidi olmuşuq. Diqqət və ayğını biz 44 günlük Vətən müharibəsi zamanı da şahidi olduq. Cənab Prezidenti və Birinci vitse-prezident çıxışlarında şəhdilərin və yaralıların qəhrəmanlığını dilə gətirərək, qələbənin əldə edilməsində onaların rolunu yüksək dəyərləndiriblər. Məhz bu qayğı və diqqətin nəticəsidir ki, cənab Prezidentin sərəncamı ilə şəhidlərin anım günü, zəfər günü təsis edilib”.


Manevr.az
xəbər verir ki, bunu ölkə.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, ölkə başçısının imzaladığı sərəncamlaırn əsas məqsədi Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin insanlaırmızın yaddaşında həkk olunmasına xidmət edir. “Digər tərəfdən dekabrın 3-də 44 günlük müharibə zamanı şəhid olan şəxslərin siyahısı açıqlanıb və bəlli olub ki, bu müddət ərzində 2783 əsgər və zabitimiz Vətən uğrunda şəhid olub. Bununla bərabər olaraq Nazirlər Kabinetinin qərarı ilə ermənilər tərəfindən qətlə yetirilən mülki insanlara da şəhid statusu verilib. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizdə bu kateqoriyadan olan insanlara böyük diqqət və qayğı var. Məhz bu diqqət və qayğının göstəricisidir ki, cənab Prezident və Birinci vitse-prezident dekabrən 4-də şəhidlərin anım günündə Şəhidlər Xiyabanını ziyarət edərək Əbədi məşəl qarşısında şəhidlərin xatirəsini anaraq, əklil qoyub. Bu gün bütövlükəd şəhid, yaralılarəmız dövlət tərəfindən tam qayğı ilə əhatə olunub və bundan sonra da daimə diqqət mərkəzində saxlanılacaq. Çünki Azərbaycanən ərazi bütövlüyü və suverenliyi onların sayəsində mümkün oldu. Biz onlaır heç zaman yaddan çıxarmayacağıq. Onların problemi təkcə dövlətin deyil, həmçinin vətəndaş kimi bizim problemimiz olacaq. Onların həllinə birlikdə nail olacağıq. Şəhid ailələri və yaralılar cəmiyyətin bütün təbəqələri tərəfindən diqqət və qayğı ilə əhatə olunacaq”- deputat qeyd edib.

Köçəryan və Sərkisyanın Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərə gəldikdə isə millət vəkili bildirib ki, adı çəkilən bu insanların əli Azərbaycan xalqının qanına batıb: “Onlar hələ 90-cı illərdən etibarən Yuxarı Qarabağda azərbaycanlılara qarşı hərbi cinayətlər və soyqırım hadisələri törədiblər. Xocalı kimi soyqırımda onlar birbaşa iştirak ediblər və buna görə məsuliyyət daşıyırlar. Azərbaycanın Ali Baş Komandanı çıxışlarında həmin şəxslərin insanlığa sığmayan törətdikləri hərbi cinayətlər barəsində fikrini açıqlayıb. Ölkə başçısı bildirib ki, həmin şəxslər törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunaraq cəzalandırılacaqlar. Azərbaycan bunu mütləq olacaq”.

Millət vəkili onu da qeyd edib ki, Köçəryan və Sərkisyan təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda öz erməni xalqına qarşı da divan tutaraq, cinayətlər törədiblər: “Qarabağ kartı üzərində Ermənistanda hakimiyyətə gələn Köçəryan və Sərkisyan Ermənistanı yürütdüyü yanlış siyasətləri nəticəsində fəalkətə sürükləyib, cinayətlər törədib. Nəticədə Ermənistan ictimai-siaysi, iqtisadi böhrana düçar olub. Bu yanlış, işğalçılıq siyasətinin nəticəsi olaraq bu gün Ermənistan üzləşdiyi problemlərdən çıxılmaz dalana dirənib. Ölkə uçuruma yuvarlanmaqdadır. Ermənistan onların yürütdüyü yanlış və işğalçılıq siyasətinin acı nəticəsini yaşamaqdadır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar