Xəbər lenti
İrəvan təkləndi: BMT İlham Əliyevin təşəbbüsü ilə toplanır
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə koronavirus infeksiyasına qarşı BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçiriləcək.
Dekabrın 3-də baş tutacaq sessiyada dövlət və hökumət başçıları səviyyəsində müzakirələr aparılacaq.
İlham Əliyevin bu təşəbbüsü koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində qlobal həmrəyliyə nail olmaq məqsədi daşıyır. Bunun ölkə başçısı da dəfələrlə qeyd edib. İlham Əliyev koronavirusa qarşı mübarizədə ölkələrin fəallıq nümayişetdirməli olduğunu, özünəqapanma siyasətinə üstünlük verilməməsinin tərəfdarı olduğunu bəyan edib.
Eyni zamanda bu bəşəri bəlaya qarşı birgə mübarizənin daha effketiv olacağını bildirən İlham Əliyevin bu təşəbbüsü BMT-yə üzv ölkələr tərəfindən müsbət qarşılanıb və Baş Assambleya xüsusi sessiyanın keçirilməsi barədə qərar qəbul edib.
Yalnız Ermənistan bu təşəbbüsə qarşı çıxıb. İrəvanın bu addım təəccüblü deyil. Ermənistan üçün bəşəri dəyərlər, insanlıq bəlkə də ən sonuncu yerdədir. Hər halda faşist Nijde Qarageni qəhrəman elan edib ona İrəvanda abidə ucaldan Ermənistanın bu dəyərlərə sahib olması şübhəlidir.
Biz hələ İkinci Qarabağ savaşı dönəmində ermənilərin törətdiyi insanlıq əleyhinə cinayətlərdən danışmırıq.
Yeri gəlmişkən, koronavirus infeksiyasının bəşətiyyəti təhdid etdiyi və dünyanın bu bəlaya qarşı mübarizədə həmrəy olduğu bir vaxtda Qarabağda müharibəni başlayan da Ermənistan oldu. Sentyabr eskalasiyasına qədər İrəvan dəfələrlə cəbhə bölgəsində təxribatar törətdi, mülki əhalini atəşə tutdu və nəhayət, Azərbaycan Ordusu bu təxribatların qarşısını birdəfəlik almaq üçün əks-hücum əməliyyatına keçdi.
Ermənistan hazırda koronavirusdan ən çox əziyyət çəkən ölkələr sırasındadır. Amma hətta bu halda da Bakının demək olar ki, dünya tərəfindən dəstəklənən təşəbbüsünə qarşı çıxır. Bu fakt göstərir ki, Ermənistanın Qarabağda apardığı savaş təkcə ərazi iddialarından qaynaqlanmır. Bu həm də etnik təmizləmə siyasətidir və bu siyasət insanlığa düşmən kəsilən İrəvanın əsl mahiyyətinin təzahürdür.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar