Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

Hacıqabulda koronaviruslu xəstə taksi fəaliyyəti ilə məşğul olurmuş -ŞƏKİLLƏR

Tarix: 03-12-2020 07:49     Baxış: 3174 A- / A+
Hacıqabulda koronaviruslu xəstə taksi fəaliyyəti ilə məşğul olurmuş

Hacıqabul rayonunda COVID-19 virusuna yoluxan Gigiyena və Epidemiologiya Mərkəzinin sürücüsü taksi fəaliyyəti ilə məşğul olub.

Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının əldə etdikləri məlumat əsasında Hacıqabul Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin sürücüsü, koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakini, 1977-ci il təvəllüdlü Məmmədov Mahir Əlibala oğlunun xəstə olmasına baxmayaraq, taksi fəaliyyəti ilə məşğul olduğu, yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Həmin şəxsin virusa yoluxduğu üçün işə çıxmaması və evdə müalicə olunması barədə qərar qəbul edilib. O, işə çıxmamasını fürsət bilərək ona məxsus “Chevrolet” markalı 99-RN-783 dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti göstərib, marketdə alış-veriş edib. Bütün bunlar marketlərdən birinin təhlükəsizlik kamerasına düşüb.

Polis əməkdaşı ona zəng edib və özünü şəhər sakini kimi təqdim edərək taksi sifarişi verib. M.Məmmədov sifarişi qəbul edərək hansı ünvana gəlməsini soruşub. Toplanan materiallar əsasında M.Məmmədov taksi fəaliyyəti ilə məşğul olmaqla epidemiya, sanitar-gigiyena və ya karantin rejimi qaydalarını kobud şəkildə pozaraq COVID-19 virusunun digər şəxslərin yoluxmasına risklər yaradıb, sağlam şəxslərin həyatını real təhlükə altında qoyub. Eyni zamanda sürücünün risk altında qoyduğu sərnişinlərin müəyyən edilməsi istiqamətində aydınlaşdırmalar aparılır və adıçəkilən şəxsin taksi xidmətindən istifadə edən sərnişinlərin koronavirus testindən keçmələri xahiş olunur.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq və təhqiqat şöbəsində M.Məmmədov barəsində Cinayət Məcəlləsinin 139-1.1 maddəsi əsas götürülməklə araşdırma aparılır. apa

Manevr.az

Hacıqabulda koronaviruslu xəstə taksi fəaliyyəti ilə məşğul olurmuş
Hacıqabulda koronaviruslu xəstə taksi fəaliyyəti ilə məşğul olurmuş

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar