Xəbər lenti
Azərbaycan İlahiyyat İnstitutu Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə vebinar keçirilib
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə vebinar keçirilib.
“Microsoft Teams” proqramı üzərindən təşkil olunan vebinarda Aİİ-nin müəllimləri və tələbələri iştirak ediblər.
Aİİ Tələbə Elmi Cəmiyyətinin sədri, Dillər və ictimai fənlər kafedrasının dosenti Məmmədəli Babaşlı giriş nitqi ilə çıxış edib. İştirakçıları salamladıqdan sonra TEC-in fəaliyyəti barədə məlumat verib.
Daha sonra M.Babaşlı mövcud pandemiya dövründə tələbələrin elmi dünyagörüşü, intellektual səviyyələrinin artırılması istiqamətində səmərəli işlər görüləcəyini və bu cür vebinarların davamlı olaraq keçiriləcəyini vurğulayıb. Sədr qeyd edib ki, bu səpkili tədbirlər təhsilalanların yüksəkixtisaslı kadrlar kimi yetişmələrində mühüm rol oynayır.
Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov “İbn Xəldun yaradıcılığında bədəvilərin əxlaqi keyfiyyətləri” mövzusunda çıxış edib.
İbn Xəldunun həyat və fəaliyyəti haqqında ətraflı məlumat verən V.Səmədov “bədəvi” sözünün tarixi kökü və mənası haqqında danışıb. Məruzəçi nitqində İbn Xəldunun bədəviliyi daha geniş mənada araşdırdığını, köçəri və kəndli qruplarına böldüyünü qeyd edib. Həmçinin daim bir yerdə məskunlaşan kəndlilər və köçəri tayfalarının hamısının bədəvi sinfini təşkil etdiyini nəzərə çatdırıb.
V.Səmədov qeyd edib ki, bədəvilərin əxlaqi keyfiyyətləri müsbət və mənfi olmaqla iki qrupa bölünür. Müsbət əxlaqi keyfiyyətlərinin azadlığa meyil, comərdlik, cəsarət, məzluma sahibçıxma; mənfi xüsusiyyətlərinin isə kobudluq olduğunu diqqətə çatdırıb.
Vebinar iştirakçıların müzakirəsi və sualları ilə davam edib.
Məlumat üçün bildirək ki, TEC-in əsas məqsədi alitəhsilli mütəxəssis hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsidir. Həmçinin elmi-texniki potensialın qorunub-saxlanılması və təhsilalanların elmi tədqiqat fəaliyyətinin yeni sosial-iqtisadi şəraitə uyğunlaşdırılmasında İnstitutun işinə kömək etmək TEC-in vəzifələrindən biridir.
Cəmiyyət tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliği, tədqiqatların aparılmasına gənclərin marağının artırılması, onlarda elmi metodların öyrənilməsinə motivasiyanın yaradılması, tədris materiallarının dərindən və mükəmməl mənimsənilməsinə köməklik göstərilməsi kimi məsələləri öhdəsinə götürür.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar