Xəbər lenti
Azərbaycan polisləri Kəlbəcərdədir - VİDEO
Kəlbəcər rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilən Kəlbəcər rayonuna gediblər.
Manevr.az-ın report-a istinadən xəbərinə görə, bu barədə videogörüntülər sosial şəbəkədə yayılıb.
Belə ki, polis əməkdaşları şəhərin mərkəzində olublar.
123 saylı Kəlbəcər seçki dairəsindən Milli Məclisə deputat seçilən Aqil Məmmədov “Report”a bildirib ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları aidiyyəti qurumlarla birlikdə ora gedərək həmin ərazilərə baş çəkiblər:
“Ancaq polis şöbəsinin Kəlbəcərə yerləşdirilməsi ilə bağlı aidiyyəti üzrə konkret tapşırıq verilməyib. Bununla bağlı Daxili İşlər naziri müvafiq əmr verəcək. Hazırda Kəlbəcər Rayon Polis Şöbəsinin bir hissəsi Göyügöl rayonunda, bir hissəsi isə Gəncə şəhərində fəaliyyət göstərir”.
Qeyd edək ki, noyabrın 25-də Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad olunub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar