Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gömrük Akademiyası Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal iştirak edir -ŞƏKİL

Tarix: 27-11-2020 23:33     Baxış: 4147 A- / A+
Gömrük Akademiyası Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal iştirak edir

Dövlət Gömrük Komitəsinin Akademiyasının professor-müəllim və inzibati işçi heyəti, həmçinin tələbələri Azərbaycan Ordusunun bu ilin 27 sentyabr tarixindən Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılmış zəfər yürüşü müddətində olan 44 günlük müharibə dövründən başlayaraq Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətində fəal iştirak edirlər.

Akademiyanın kollektivi, professor-müəllim heyəti və tələbələri mediada, həmçinin müxtəlif sosial şəbəkələrdə fəal şəkildə xarici dillərdə (əsasən rus, ingilis, fransız, türk və digər dillərdə) paylaşımlar edirlər.

Akademiyanın Təlim və innovasiyalar üzrə rəis müavini Ramiz Hümbətov, İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova, Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Araz Aslanlı bir sıra televiziya kanallarına qonaq qismində dəvət olunaraq çıxışlar ediblər.

Araz Aslanlı Azərbaycan televiziyaları ilə yanaşı, xarici televiziya kanallarında türk, ingilis və ərəb dilində yayımlanan verilişlərdə qonaq olub. Akademiya əməkdaşının 21 fərqli xarici mediada türk, ingilis və rus dillərində 24 məqalə və açıqlaması dərc olunub. Məqalələr Avropa, Amerika, Asiya və Afrika qitəsindəki müxtəlif qəzet və saytlarda yayımlanıb.
Bununla yanaşı, Akademiya əməkdaşları bir sıra yerli və beynəlxalq onlayn tədbirlərdə məruzəçi kimi də iştirak ediblər.

Manevr.az

Gömrük Akademiyası Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal iştirak edir
Gömrük Akademiyası Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal iştirak edir
Gömrük Akademiyası Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal iştirak edir
Gömrük Akademiyası Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal iştirak edir

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar