Xəbər lenti
“Qarabağda sülhməramlıların sayının artırılması...” - Peskov
Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyasının genişlənməsi təəssüratı yanlışdır, hərbi sülhməramlıların və orada yaradılan humanitar mərkəzin işini bir-birindən ayırmaq vacibdir.
Manevr.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Xeyr, bu, yanlış təəssüratdır”, – deyə Peskov jurnalistlərə Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının əvvəllər bəyan edildiyindən daha böyük olub-olmadığını aydınlaşdırmaq istəyinə cavab olaraq bildirib.
Kreml sözçüsü, eyni zamanda bilavasitə sülhməramlılarla və orada yaradılan idarələrarası humanitar reaksiya mərkəzinin işindəki fərqi xatırladıb.
“Bir tərəfdən onları bir-birindən tamamilə ayırmaq lazım deyil, digər tərəfdən onları qarışıq salmağa ehtiyac yoxdur. Söhbət münaqişə tərəflərinin təmas xəttində dayanan bizim hərbi sülhməramlılarımızla humanitar mərkəzdən gedir. Orada yaradılan və funksiyalarını icra etməyə başlayan birgə humanitar mərkəz hazırda necə deyərlər, sürət yığır. Sözsüz ki, müharibə ilə əlaqədar yaranmış bir çox problemlər var. Humanitar mərkəz də bununla məşğuldur və baş verən hər şey bu çərçivədədir”, – deyib.
D.Peskov bir gün əvvəl Vladimir Putinin Azərbaycan və Ermənistandan olan həmkarları ilə söhbəti barədə suala da cavab verib. Onun sözlərinə görə, liderlər telefon danışığı zamanı razılaşmaların icra olunmasının gedişatını və birgə monitorinq mərkəzi çərçivəsində iş rejimini müzakirə ediblər.
Çərşənbə günü Rusiya Müdafiə Nazirliyi rus hərbi həkimlərinin yerli əhaliyə kömək göstərmək üçün Xabarovskdan Qarabağa uçduqlarını açıqlayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar