Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Əsas Kəlbəcərin ruhudur ki, o ruh da qalıb!"- Aqil Şirinov

Tarix: 25-11-2020 17:29     Baxış: 3214 A- / A+
"Əsas Kəlbəcərin ruhudur ki, o ruh da qalıb!"- Aqil Şirinov

“Bir neçə ay öncə kəlbəcərlilərdə ruh düşkünlüyü var idi. Onlar torpaqlarının geri qayıdacağına elə də ümidli deyildilər. Amma çox şükür ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu bir neçə ilə işğal edilmiş torpaqları 44 gün ərzində azad etdi”.

Manevr.az-ın məlumatına görə, bunu azvision.az -a açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun(Aİİ) rektoru, Kəlbəcərdən olan Aqil Şirinov deyib. Rektor bu gün Kəlbəcərin Azərbaycana qaytarılmasını tarixi hadisə kimi qiymətləndirib:

“İkinci Qarabağ müharibəsi zamanı əldə etdiyimiz zəfərlərin nəticəsi olaraq düşmən məcbur qaldı ki, digər üç rayonu-Kəlbəcər, Ağdam və Laçını bir güllə belə atılmadan tərk etsin. Mütəmadi olaraq bir çox kəlbəcərli ilə ünsiyyətdə oluram. İnsanlara öz rayonunun düşmən tapdağından azad edilməsi yuxu kimi gəlir. Yəni Kəlbəcərin Azərbaycanın nəzarətinə qayıtması, üstəgəl rayonu bu şəkildə, qan tökülmədən geri almağımız insanlarımıza hələ də real görünmür. Vətəndaşlarımız, kəlbəcərlilər bu səbəbdən dövlətimizə, Ordumuza minnətdardırlar və şəhidlərimizə rəhmət oxuyur, qazilərimizə isə Allahdan şəfa diləyirik”.

Kəlbəcərin Azərbaycanın füsunkar bölgələrindən biri olduğunu deyən rektor, son günlərdə bütün dünyanın rayonu boşaldan ermənilərin törətdiyi vəhşilikləri müşahidə etdiyini söyləyib:

“Təəssüf ki, mənfur düşmən buradan çıxanda da öz xislətini göstərərək rayonu dağıtdı. Yəni ermənilər necə daxil olmuşdularsa, elə də çıxdılar, evləri, hər yeri yandırdılar… Amma əsas Kəlbəcərin ruhudur ki, o ruh da qalıb! Biz bu torpaqlara yenidən qayıdaraq burada quruculuq işləri ilə məşğul olacağıq. Azərbaycan xalqı Kəlbəcəri daha gözəl bir bölgəyə çevirəcək!”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar

MyCounter - счётчик и статистика