Xəbər lenti
“Bu gün Kəlbəcər təhvil götürüləcək” – Tofiq Zülfüqarov

"Hesab edirəm ki, bu gün Kəlbəcər rayonu təhvil götürüləcək”.
Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov deyib. Onun fikrincə, Azərbaycan ordusu Kəlbəcərə getməlidir:
"Əsgərlər bu torpaqları kontrol altına götürməlidir. Ərazi çox böyükdür. Relyefi də çox müərrəkbədir, ona görə proses vaxt aparacaq. İkincisi də onun komminikasiyası da bir sistem olaraq düzəlməlidir. Kəlbəcərə gediş-gəliş həll olunmalıdır”.

Tofiq Zülfüqarov qeyd edib ki, iqlim və mövsümlə əlaqədar olaraq bəzi yollar işləməyəcək:
"Sülhməramlı qüvvələrin vasitəsi ilə Ağdərə ərazisindən istifadə üçün yol götürməliyik. Bu baxımdan məsələlər həll olunmalıdır”.
Qeyd edək ki, noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb. Bağlanmış birgə sazişə görə erməni silahlı qüvvələri noyabrın 15-də Kəlbəcəri boşaltmalı idilər.
Xatırladaq ki, Ermənistan Rusiya vasitəsilə Azərbaycandan Kəlbəcər rayonunun boşaldılmasına görə 10 gün əlavə vaxt istəyib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































