Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda koronavirus xəstəsi taksi fəaliyyəti ilə məşğul oldu

Tarix: 23-11-2020 12:47     Baxış: 4201 A- / A+
Azərbaycanda koronavirus xəstəsi taksi fəaliyyəti ilə məşğul oldu

Ağstafa rayon sakini 56 yaşlı Qadirli Ramiz Əziz oğlu noyabrın 7-də COVID-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilsə də, xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, noyabrın 8-də idarə etdiyi "VAZ-2106" markalı avtomobillə sərnişin daşıyaraq epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Ağstafa rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Ağstafa rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar