Xəbər lenti
Ərdoğan: Son altı ildə...
Son altı ildə dünyada ən çox qaçqına ev sahibliyi edən ölkə Türkiyədir. Müharibədən zərər çəkmiş bölgələrə və risk altındakı əhaliyə humanitar yardımın maliyyə mənbələrini gücləndirməliyik.
Manevr.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 liderlərinin Zirvə görüşündə çıxışı zamanı səsləndirib.
Türkiyənin Suriyada İŞİD terror təşkilatı ilə üz-üzə savaşan yeganə NATO ölkəsi olduğunu söyləyən Prezident Ərdoğan deyib: "Terror təhlükəsini aradan qaldırmaq, müharibələrin qarşısını almaq və sabitliyi möhkəmləndirmək üçün əlimizdən gələni edirik. Tək mübarizə aparmağımıza baxmayaraq bu günə qədər doqquz minə yaxın xarici terrorçunu ələ keçirərək ölkələrinə ekstradisiya etmişik".
İqlim dəyişikliyi və bununla mübarizə yolları haqqında danışan Türkiyə Prezidenti bildirib ki, ətraf mühitin çirklənməsi və iqlim dəyişikliyi ilə mübarizə edərkən yeni ədalətsizliklər və yeni ikili standartların meydana gəlməsinə icazə verilməməlidir: "İnsanlığa xidmət etməyən, insanlara sülh, rifah və dəyər verməyən, ədalət və təhlükəsizlik təmin etməyən bir sistemin uğur qazanma şansı yoxdur. Hökmranlıq, ədalətsizlik kimi amillər üzərində qurulan mövcud qlobal iqtisadi memarlığın nə insanı, nə də təbiəti qoruması mümkün deyil. Pandemiyanın yoxsulluq və bərabərsizlik başda olmaqla bir çox problemi daha da dərinləşdirdiyini görürük".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar