Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Ombudsman və ailələri BQXK-ə videogörüntüləri yayılan azərbaycanlı əsirlərdən danışdı

Tarix: 22-11-2020 21:02     Baxış: 3192 A- / A+
Ombudsman və ailələri BQXK-ə videogörüntüləri yayılan azərbaycanlı əsirlərdən danışdı

Bu gün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauer ilə video konfrans vasitəsilə görüş keçirib.

Ombudsman Aparatından Lent.az -a verilən məlumata görə, görüşdə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycan hərbi qulluqçularına münasibətdə pis rəftar və işgəncə faktlarını, real çəkiliş əsasında sosial mediyada yayılan məlumatlar Ombudsman tərəfindən xanım Bauerin diqqətinə çatdırıb.

Qeyd olunub ki, həmin videolarda yer alan hərbi əsirlərin taleyi ilə bağlı təəssüflər olsun ki, hər-hansı bir məlumat almaq mümkün olmayıb.

Ombudsman Səbinə Əliyeva tərəfindən görüşdə əsir düşmüş iki hərbi qulluqçuumuzun ailə üzvlərinin də iştirakı təmin edilib. Onlar əsirlikdə olan övladlarının hüquqlarının təmin edilməsi və ölkəyə qaytarılması ilə bağlı müraciələtini Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Bauerə çatdırıblar.

Ombudsman qeyd edib ki, Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı məsələ ilk gündən onun diqqət mərkəzindədir və bununla bağlı aidiyyəti beynəlxalq qurumlara ardıcıl müraciətlər ünvanlayıb.
Xanım Bauer görüşdə qaldırılan məsələlər ilə bağlı mandatı çərçivəsində lazımi addımları atacağını bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar