Xəbər lenti
Azərbaycanda 10-da çox deputat virusa yoluxdu - ADLAR

Noyabrın 24-də Milli Məclisin növbəti iclası keçiriləcək. Toplantıdan əvvəl ənənəvi olaraq deputatlar koronavirus testindən keçiriliblər.
Manevr.az bildirir ki, gününsesi.info xeyli sayda deputatın testlərinin pozitiv çıxdığı haqda məlumat yayıb. Sayt bu sırada Vüqar Bayramov və Soltan Məmmədovun adlarını çəkib.
Xatırladaq ki, bir neçə gün əvvəl deputatlar Tahir Kərimli və Azər Badamovun da virusa yoluxduğu bildirilmişdi.
Koronavirusa yoluxan deputatların sayı 10-dan çoxdur. Adı çəkilənlərlə yanaşı deputatlar Məşhur Məmmədov, Məzahir Əfəndiyev, Nizami Səfərov və Rəşad Mahmudov da testləri pozitiv çıxanlar sırasındadır. Günün sonunda daha bir deputatın - Qənirə Paşayevanın da koronavirusa yoluxduğu məlum olub.
Noyabrın 20-nə olan rəsmi statistikada Azərbaycanda "Covid-19-"a yoluxmanın ilk dəfə 3 mini aşdığı bildirilib. Bu səbəbdən karantin rejimi sərtləşdirilib, qapalı məkanlarla yanaşı açıq havada da maskasız gəzmək qadağan olunub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar