Xəbər lenti
Professor Qarabağ düyününün fəlsəfəsini açdı
Şahlar Əsgərov, professor, ictimai-siyasi xadim,
əməkdar elm xadimi, TN yanında İctimai Şuranın sədri
Son 30 ildə ən mühüm problem Qarabağ olmuşdu. Bu problemin himi 200 il öncə qoyulmuşdur. Səbəb geosiyasət idi. Min illər boyu dövlətlər inkişafın paradiqmasını torpaq işğalında görürdülər. Hesab edirdilər ki, nə qədər çox torpaq tutsalar bir o qədər yaxşıdır.
Çar Rusiyası Cənubu Qafqazı işğal edənə qədər, bölgədə gedən hadisə və proseslərin idarə edən tərəfi azərbaycanlılar, idarə olunan tətəfi isə ermənilər olmuşdular. Fəlsəfi dillə desək, olayların subyekti azərbaycanlılar, obyekti isə ermənilər olmuşdular. Bu durum güman ki, çar Rusiyasının ürəyincə olmadığından o bunu dəyişməyə qərar verir. Bu niyyətlə İrandan və Türkiyədən çoxlu erməniləri buraya köçürür. Onlara hər cür şərait yaradır, vergidən azad edir, vəzifələr verərək himayədarlıq edir. Onları Azərbaycanın ən münbüt, barlı-bağatlı torpaqlarında məskunlaşdırır. Üstəlik “dənizdən dənizə”, 120 min kv.km ərazidə dövlət qurmağa imkan yaradacağını da vəd edir.
Sovet dönəmində də yeni xəritələr cızılanda ermənilərə Azərbaycanın hesabına yeni torpaqlar verilir. Qarabağ torpaqlarının bir hissəsini əvvəlcə mübahisəli ərazi halına gətirilir, sonra “Dağlıq Qarabağ” qurama adı altında “muxtariyyət” verilirdi. Beləliklə, Azərbaycanın ərazisi zaman keçdikcə 114 –dən 86,6 min kv.km qədər azalır, ermənilərin ərazisi 9-dən 28 min kv.km qədər artır.
Bu qlobal qeosiyasi dəstəyin tarixi bazasını yaratmaq üçün ermənilərə yalan danışmaq, tarixi saxtalaşdırmaq haqqı da tanınmışdı. Onlar coğrafi adları, toponimləri dəyişir, tarixi saxtalaşdırırdılar. Ancaq qarşı tərəfə haqqı müdafə etmək, şikayət etmək imkan verilmirdi. Beləliklə, Cənubu Qafqazda ermənilər söz sahibinə çevrilirdilər, yəni bölgədə baş verən olayların subyektinə, azrbaycanlılar isə yavaş -yavaş obyektinə çevrilirdi. Babalarımızın “yersiz gəldi yerli qaç” deyimi də o zamankı ictimai- siyasi durumun ədalətsizliyi nəticəsində yaranmışdır.
Göründüyü kimi, Qarabağ düyününün yaşı 200 ilə yaxındır. Bu problemin gizli yaşı 170, aşkar yaşı isə 30 ildir. 170 il ərzində ermənilər silahlanmış, azərbaycalılar isə tərksilah edilmişdir. Güclü dəstəyin hesabına erməniər azğınlaşır və vəhşiləşir, yerli əhali ilə dinc dolanmırlar. “Qoy özümə yer eləyim, gör sənə nə edəcəm” atalar sözü də ermənilərin özbaşına davranışına işarədir. Bu özbaşına davranışı Qarabağlı şair Baba Yaqub: “ölkə quberniya olandan bəri, oğrunun hər biri xana dönübdür” bədii şəkildə ifadə etmişdir. Onlar hesab edirlər ki, Qafqazda baş verən bütün olaylarda söz sahibi, aktiv tərəfi onlar olmalıdırlar.
Qlobal dəstəyin hesabına azğınlaşmış ermənilər 1988 –ci ildə Dağlıq Qarabağı Azərbaycandan qoparmaq istədilər. Onlar Qarabağı qopara biləcəklərinə əmin idilər. Çünki, bilirdilər ki, azərbaycanlılardan quş tüfəngi belə yığışdırılıb.
Birinci Qarabağ müharibəsində ermənilər himayədarlarının dəstəyi ilə Dağlıq Qarabağdan əlavə 7 rayonumuzu da işğal etdilər. BMT və ATƏT bu işə qoşulsalar da heç nə etmədilər, haqqı - ədaləti qoruya bilmədilər.
On illər öncə demişdim ki, “əgər bəşəriyyətin bətnində ədalət potensialı varsa, Heydər Əliyev Qarabağ problemini həll edəcəkdir”. Dünyanın güc mərkəzləri bu problemə ikili standartlarla yanaşdı. Problemin həllini 30 il uzatdı. ATƏT-in Minsk qrupu 30 il təkrar etdi ki, “Qarabağ probleminin hərbi həlli yoxdur”. Bu səbəbdən də Azərbaycan Prezidenti İlham Əliyev fiziki gücdən istifadə etməyə məcbur oldu. Azərbaycan Ordusu əks hüçümla 44 günə torpaqların çox hissəsini işğaldan azad etdi. Erməni ordusu üzərində möhtəşəm Qələbə çaldı. Bu Qələbənin görünən və görünməyən tərəfləri var:
Görünən tərəf budur ki, Azərbaycan öz torpaqlarını hərbi-siyasi yolla geri qaytardı. Görünməyən tərəf budur ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın iki yüz ildən əvvəlki durumunu bərpa etdi və dedi: “Biz yeni realliq yaratmışıq. İndi hər kəs yeni reallıqla hesablaşmalıdır”. Bu o deməkdir ki, Azərbaycan bölgədə gedən hadisə və proseslərin yenidən idarə edən tərəfi, subyekti olacaq, Ermənistan isə passiv tərəfə, yəni obyektə çevriləcəklər. Budur bu Qələbənin fəlsəfi tərəfi. Ali Baş Komandan Azərbaycan xalqının qürurlu, cəsarətli, yenilməz xalq kimi təsdiqlədi və məğlub xalqı məğrur etdi.
Şübhəsiz, bu Qələbənin müəllifi Azərbaycan Ordusu və Ali Baş Komandandır.
Yaşasın Şanlı Azərbaycan Ordusu!
Yaşasın Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyev!
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar