Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Təhsil eksperti ATV-ni yıxıb-sürüdü: Elə telekanalın belə də aparıcısı olar...

Tarix: 29-01-2017 10:22     Baxış: 5305 A- / A+
Təhsil eksperti ATV-ni yıxıb-sürüdü:


"Teleaparıcıların çoxu məktəb direktoru görəndə elə bil ki, cani görürlər..."


Tanınmış təhsil eksperti Etibar Əliyev Moderator.az-a açıqlamasında məktəb direktorunun ölümünə bais olmuş jurnalisti və onun çalışdığı telekanalı kəskin tənqid edib:

"Mən Telman Qardaşovun ölümünə təəssüflənirəm. O, həm yaxşı riyaziyyatçı, həm də qabqacıl məktəb direktorlarından biri idi. Televiziyaların əməkdaşları özlərini çox ərköyün aparırlar. Bir çox hallarda isə tərbiyəsizliyə yol verirlər. “Yoxlama” adlı veriliş olar? Elə bu adı eşidən istənilən müəssisə rəhbəri həyəcan keçirə bilər. Teleaparıcıların çoxu məktəb direktoru, yaxud müəllim görəndə elə bil ki, cani görürlər. Namiq Qaraçuxurlu, Ədalət Şükürov və başqa müğənnilərlə isə saatlarla söhbətləşirlər. Onlara pişiklənirlər. Siz bu aparıcı Azər İsmayılov haqqında internetdə axtarış verin və görün o kimdir. Qalmaqal, boşanma, yekəxana müsahibələrdən başqa heç nə tapa bilməzsiniz. İndi soruşmaq lazımdır 171 saylı məktəbdə bunlar nə gəzir? Nəyi yoxlayırlar?

Təhsil sahəsində hansısa xoşagəlməz hadisə baş verəndə azərkimilərin gözləri işiqlanır. Bir pozitiv işi görməzlər. ATV kanalında kimsə bir intellektual verilişə rast gəlibmi? Elə telekanalın belə də aparıcısı olar. Telman Qardaşovun ölümünün səbəbləri ciddi araşdırılmalıdr".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar