Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Mübariz postu”na Azərbaycan Bayrağı sancan zabitimiz ata olub - VİDEO

Tarix: 20-11-2020 15:52     Baxış: 4154 A- / A+
“Mübariz postu”na Azərbaycan Bayrağı sancan zabitimiz ata olub - VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu posta Azərbaycan Bayrağı sancan hərbi qulluqçumuz Rauf Musayev ata olub.
Manevr.az xəbər verir ki, bu barədə R.Musayevin yaxınları məlumat verib.
Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin mayoru R.Musayevin noyabrın 19-da oğlu dünyaya gəlib:
“Körpənin səhhəti yaxşıdır. Bu barədə işğaldan azad edilən ərazilərimizdə xidmət edən atasına məlumat veriləndə çox sevindi. Hələ ki körpəyə ad verilməyib”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin oktyabrın 4-də yaydığı məlumata görə, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb. Azərbaycan Bayrağını posta Azərbaycan Silahlı Qüvvələrinin mayoru Rauf Musayev sancıb.
“Mübariz postu”na Azərbaycan Bayrağı sancan zabitimiz ata olub - VİDEO

Xatırladaq ki, R.Musayev 1985-ci il mart ayının 11-də Ağstafa rayonunun Poylu kəndində anadan olub. Siracəddin Məmmədov adına Poylu kənd orta məktəbini bitirdikdən sonra o, 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2006-ci ildə hərbi məktəbi əla qiymətlərlə bitirib, ilk hərbi rütbəsini alaraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində dinləyici olub. 2007-ci ildən etibarən Azərbaycan Ordusunun “N” saylı hərbi hissəsində xidmətə başlayıb, müxtəlif istiqamətlərdə xidmət aparıb.
R.Musayev 2016-cı ilin aprelində cəbhənin Talış istiqamətində gedən döyüşlərdə də iştirak edib. O, Mübariz İbrahimovun xidmət etdiyi postdan düşmən üzərinə gedib və döyüşdə yaralanıb. Sağaldıqdan sonra isə yenidən xidmətə başlayıb.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar