Xəbər lenti
“İran səfirliyinin əməkdaşı ilə görüşümüzə dair 5 saat sual verdi”

“Müstəntiq mənə 5 saat İran səfirliyinin əməkdaşı ilə görüşdən suallar verdi”, - REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlı "Azadlıq" radiosuna açıqlamasında belə deyib.
O, yanvarın 28-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilib.
Azər Qasımlının sözlərinə görə, yanvarın 19-da İranın Azərbaycandakı səfirliyinin əməkdaşı REAL-ın ofisinə gələrək, onlarla görüşüb: “Almaniyanın, ABŞ-ın, Böyük Britaniyanın, digər səfirliklərin də əməkdaşları bizim ofisdə olublar. İran səfirliyinin əməkdaşı ilə görüşdən dərhal sonra mətbuat üçün açıqlama yaydıq, “facebook” səhifələrimizdə fotolar paylaşdıq”.
Azər Qasımlı deyir ki, istintaqı REAL-ın partiyalaşması məsələsi də maraqlandırıb və o bu istiqamətdə də sualları cavablandırıb: “Birinci gün də təşkilatın icraçı katibi Natiq Cəfərli istintaqa çağrılıb”.
Yanvarın 27-də virtualaz.org saytında Eynulla Fətullayevin imzasıyla “İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı” başlıqlı məqalə yayılıb. Məqalədə REAL üzvlərinin İranın Azərbaycandakı səfirliyinin səlahiyyətli şəxsi ilə görüşdüyü deyilirdi.
Yazıda iddia olunduğuna görə, görüşdə REAL-çılar İran səfirliyi və müxalif “milli-demokratlar” arasında vasitəçilik etməyə boyun olaraq, üstəlik, İrandan ilk maliyyə dəstəyi də alıblar.
Bundan sonra Baş Prokurorluq araşdırma başladıb.
REAL rəsmiləri bu iddiaları qətiyyətlə rədd edirlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar