Xəbər lenti
Anar Məmmədov:"Qələbədən sonra Qarabağa yeni nəfəs gəlməkdədir"
"Rəşadətli ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə tariximizin saf incisini düşmən tapdağından təmizləməklə bizi bir ömürlük nəsibimizə yetirdi. Azərbaycan ordusu Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara dərs verərək, Köçəryan-Sarkisyan ordusunu məhv etdi. Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının gücünü, ordunun peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını göstərdi. Şuşanın azad edilməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Beləliklə, 30 ilə bərabər 44 gün xalqımızın illər uzunu davam edən torpaq həsrətinə son qoydu, tarixi ədalət bərpa olundu, 44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı”.
Manevr.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.
A.Məmmədov bildirib ki, Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları tarixi ədaləti güc, birlik, igidlər və şəhidləri hesabına bərpa edərək möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd etdi. Artıq öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız Böyük Qayıdışın sevincini yaşamaqda və Azərbaycanın qələbəsindən sonra Qarabağa yeni nəfəs gəlməkdədir. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə işğalçı Ermənistana, bu ölkənin təcavüzkar siyasətinə dəstək olan faşist xislətli dünya ermənilərinə və onların havadarlarına, tarix boyu bizə qarşı törədilmiş erməni vəhşiliklərinə cavab kimi böyük bir dərs verdi. Azərbaycanın parlaq Qələbəsi təkcə ölkənin ərazi bütövlüyünün bərpası anlamına gəlmir. Eyni zamanda şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub oldu, Azərbaycan isə qalib gəldi. Çünki Azərbaycan qurub yaradan ölkədir. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək, öz multikultural dəyərlərini yaşadacaq və tolerant inanclarına sadiq qalacaqdır.
Millət vəkili qeyd edib ki, Azərbaycanda bütün vətəndaşlar, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Müharibənin bitməsindən cəmi 10 gün keçməsinə baxmayaraq, artıq mənfur düşmənin izləri torpaqlarımızdan silinməyə, Qarabağın hər bir guşəsi çiçəklənməyə başlayıb. Əslində, hətta müharibə davam edən dövrdə belə işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpası işləri aparıldı və erməni vandallığının izlərinin silinməsi istiqamətində işlər görülürdü. İndi isə Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur və artıq gələn il bu yol istifadəyə veriləcək. Bu isə öz növbəsində olduqca əlamətdar hadisədir. Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimi Qarabağa həyatın qaytarılmasının rəmzidir. Eyni zamanda, bu yol işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir.
Bunun böyük quruculuq işlərinin ilk layihəsi olduğunu vurğulayan deputat işğaldan azad olunmuş ərazilərdə görülən və görüləcək işlər barədə fikirlərini bildirib:
"Bunlarla yanaşı, Cəbrayıl, Şuşa rayonlarına yeni elektrik dirəkləri quraşdırılıb. Şübhə yoxdur ki, bundan sonra da bu proses daim davam edəcək və işğaldan azad olunan ərazilərimiz cənnət məkana çevriləcəkdir. Ölkə başçısının da dediyi kimi, hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək, bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq. Şübhə yoxdur ki, ən qısa zamanda Azərbaycan xalqı Dağlıq Qarabağa öz sülh həyatını qaytaracaqdır. İşğaldan azad olunacaq bütün torpaqlarda həyat bərpa olunacaq və normal yaşanacaqdır".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar