Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xankəndi-Şuşa-Laçın yolu açıq elan edildi

Tarix: 18-11-2020 10:40     Baxış: 4150 A- / A+
Xankəndi-Şuşa-Laçın yolu açıq elan edildi

Xankəndi-Şuşa-Laçın yolu nəqliyyat vasitələri üçün tam açıq elan edilib.

Manevr.az baku.ws-ə istinadən bildirir ki, bu barədə "Russia Today" kanalı məlumat yayıb.

Rus sülhməramlıları yolda nəzarət postlarından başqa, helikopterlərlə də müşahidələr aparır.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Respublikası Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Federasiyasının Prezidenti üçtərəfli bəyanat imzalayıb. Bəyanatda qeyd olunub ki, Ermənistan Respublikası 1 dekabr 2020-ci il tarixədək Laçın rayonunu geri qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.

Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar