Xəbər lenti
Gəncədə öldürdüyü uşaqdan yazdı: "Vədimi yerinə yetirə bilmədim"
İsrailin Azərbaycandakı səfiri Corc Dik Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket zərbələri nəticəsində həlak olan 13 yaşlı Artur Mayakov barədə paylaşım edib.
Diplomat bu barədə öz tvitter səhifəsində yazıb.
“İsrailin Azərbaycandakı səfiriyəm. 12 ildir diplomatam. Mən, ümumiyyətlə, vədlərimi yerinə yetirənəm, ancaq bu sözümü tuta bilmədim.
Bir-iki həftə əvvəl raket zərbəsinə məruz qalmış Gəncə şəhərini ziyarət etdim. Yaşayış yerlərinə dəyən ziyana baxmaq üçün getmişdim. Bir çox yerli sakin qorxunç hekayələri paylaşmaq üçün mənimlə danışmağa gəlmişdi. Sonra təxminən 12 yaşında bir gənc oğlan mənə yaxınlaşdı.
İsrailin yaxşı həkimləri olduğunu eşitdiyini söylədi. İsrailin xəstəxanada olan dostunu xilas edə bilib-bilməyəcəyini soruşdu. Xalası mənə şəkillər göstərdi. Gözləri dolu idi. “Bombardıman nəticəsində yaralanıb, xəstəxanada komadadır. O, yaxşı uşaqdır. Xahiş edirəm ona yardım edin”, - dedi.
Bu, mənə dərindən toxundu. Kömək edəcəyimə söz verdim. Oğlanın adını götürdük. Bu, Artur Mayakov idi. Artıq həmin axşam nə edə biləcəyimizə baxmağa başladıq. Ancaq vədimi yerinə yetirə bilmədim. İki gün sonra Artur aldığı yaralardan öldü. 13 yaşında idi. Qəlbim qırıldı.
Bir neçə gün öncə Bakıdakı Rus Pravoslav kilsəsinə baş çəkdim. Artur üçün dua etdim və şam yandırdım. Verdiyim sözə əməl etmədiyim üçün bağışlanmağımı dilədim. Ruhun şad olsun, Artur. Qoy bu bölgənin uşaqlarının daha sülh gələcəyi olsun”, - o qeyd edib. report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar