Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sabahdan Xankəndi-Laçın-Gorus yolu da ermənilər üçün açılacaq?..

Tarix: 16-11-2020 22:16     Baxış: 3253 A- / A+
Sabahdan Xankəndi-Laçın-Gorus yolu da  ermənilər üçün açılacaq?..

Gəncəyə ballistik raket atılması barədə əmr verdiyini həyasızcasına etiraf edən, Azərbaycanın axtarışa verdiyi qondarma separatçı-terrorçu rejimin rəhbəri Rusiya sülhməramlılarıyla əməkdaşlıqdan danışıb...


Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rustam Muradovun verdiyi məlumata görə, sabah 17 noyabr saat 10:00-dan Xankəndi-Laçın-Gorus avtomobil yolu ermənilər, o cümlədən qondarma separatçı-terrrorçu erməni rəhbərliyi üçün etibarlı şəkildə işə başlayacaq.

Manevr.az moderator.az-a istinadən xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, Araik Arutyunyan bu barədə “Facebook” səhifəsində açıqlama verib.

Separatçı rəhbər söyləyib ki, əldə edilən razılığa əsasən Ağdərə-Kəlbəcər-Göyçə magistral yolu da ən azı 25 noyabradək Laçın yolu ilə paralel işləyəcək.

"Rusiya sülhməramlı qüvvələrinin komandanlığı “Artsax Respublikası”nın rəsmiləri ilə əməkdaşlıq edərək Artsax əhalisi ilə xarici aləm arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyini təmin etmək üçün hər cür səy göstərir, artıq vətəndaşlarımız özlərini təhlükəsiz hiss edə və evlərinə qayıda bilərlər..." -deyə Gəncəyə ballistik raket atılması barədə əmr verdiyini həyasızcasına etiraf edən, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən axtarışa verilmiş, qondarma separatçı-terrorçu rejimin rəhbəri söyləyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar