Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qazaxıstanlı qonaqlar Gəncə və Bərdədən sonra, Şamaxıda olublar -ŞƏKİLLƏR

Tarix: 16-11-2020 16:03     Baxış: 3188 A- / A+
Qazaxıstanlı qonaqlar Gəncə və Bərdədən  sonra, Şamaxıda olublar

Azərbaycanda gedən Vətən müharibəsinin tarixini izləmək və şahidi olmaq üçün Bakıya səfər edən qazaxıstanlı politoloqlar, bloqerlər və jurnalistlər, Ermənistan hakimiyyəti tərəfindən Gəncə və Bərdədə törədilən terror aktlarının nəticələri ilə tanış olduqdan sonra, Şamaxı şəhərinə səfər ediblər.
Şamaxı şəhərində qonaqları İcra hakimiyyətinin başçısı Tahir Məmmədov qarşılayıb. Görüşdə iştirak edən nümayəndə heyətinin rəhbəri, Beynəlxalq Türk akademiyası prezidentinin müşaviri Füzuli Məcidli Qazaxıstandan Vətənimizə səfər edən qonaqların arzu və məramları haqqında icra başçısına məlumat veib. İcra başçısı T.Məmmədov öz növbəsində qonaqlara Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxı şəhərinin tarixindən, bugünkü inkişafından, bu yurdun dünya ədəbiyyatına bəxş etdiyi şəxsiyyətlərdən, ədəbi mühitindən, eləcə də Vətən uğrunda canlarından keçən şəhidlərindən və qazilərindən danışıb.
Daha sonra qonaqlar Qarabağ uğrunda döyüşlərdə Şuşanın azad olunması zamanı qəhrəmanlıqla həlak olan şəhid Nəcəf Şikar oğlu Şikarovun ailəsinə baş çəkib, yas mərasimində iştirak ediblər. Azərbaycanlı oğulların qəhrəmanlıq səlnaməsini kinolentinə köçürən qazaxıstanlı jurnalistlər Nəcəf Şikarovun da ailə üzvlərinin də xatirələrini lentə alıblar. Nümayəndə heyətinin ağsaqqalı jurnalist Serik Meleev şəhidin atası Şikar Şikarova başsağlığı verərkən bildirib ki, bütün qazax xalqı azərbaycanlıların öz doğma torpaqları uğrundakı mübarizəsində göstərdikləri qəhrəmanlıqları ilə fəxr edirlər, Azərbaycan prezidenti İlham Əliyevin çıxışlarını sevinc və vüqarla izləyirlər. Azərbaycanın müharibədə qazandığı qələbəni isə öz bayramları kimi qeyd ediblər. Və buna görə də bu gün böyük bir heyyət Azərbaycanda səfərdədir. O bildirib ki, Azərbaycanın uğru və sevinci həm də qazax xalqının sevincidir.
Görüşlərin sonunda qazaxıstanlı bloqerlər, jurnalist və politoloqlar VIII əsr abidəsi Cümə məscidi ilə tanış olublar. Məsçidin axundu Hacı Məhəmməd məscidin tarixindən, ermənilərin 1905 və 1918-ci illər ərzində Şamaxıda törətdiyi qırğınlar haqqında ətraflı məlumat verib. Ziyarətçilər Azərbaycan şəhidlərinin ruhuna dua oxuyublar.

Aida Eyvazlı

Manevr.az


Qazaxıstanlı qonaqlar Gəncə və Bərdədən  sonra, Şamaxıda olublar
Qazaxıstanlı qonaqlar Gəncə və Bərdədən  sonra, Şamaxıda olublar
Qazaxıstanlı qonaqlar Gəncə və Bərdədən  sonra, Şamaxıda olublar
Qazaxıstanlı qonaqlar Gəncə və Bərdədən  sonra, Şamaxıda olublar
Qazaxıstanlı qonaqlar Gəncə və Bərdədən  sonra, Şamaxıda olublar[/center]

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar