Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Manat nə qədər üzəcək? – Qüdrət Həsənquliyev

Tarix: 28-01-2017 16:14     Baxış: 7337 A- / A+
Manat nə qədər üzəcək?


İqtisidiyyatın müxtəlif sahələrini inkişaf etdirmək üçün investisiya lazımdır. Başqa cür iqtisadiyyatı inkişaf etdirmək mümkün deyil. Nə qədər qanun qəbul etmək mümkünsə edək, yenə də yeni zavodlar, emal müəssisələri tikmək, torpaqları münbitləşdirmək, kənd təsərrüfatını inkişaf etdirmək üçün pul lazımdır.

Manevr.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev manatın üzən məzənnəyə keçməsi ilə bağlı fikirlərini bildirərkən deyib.

Millət vəkili “Xalq cəbhəsi” qəzetinə böyük müsahibəsində qeyd edib ki, hazırda banklar kredit vermirlər, yaxud kreditlər həddən artıq yüksək faizlə verilir:

“Belə olduğu təqdirdə hansısa kiçik sahibkarın emal müəsisəsi yaratması, kənd təsərrüfatına pul qoyması çətin məsələdir.

Xarici investisiyanın cəlbində də problemlərin olduğunu bildirən Q.Həsənquliyev ilk növbədə 2017-ci ildə Azərbaycan hökumətinin milli valyutanın stabilləşməsi üçün ciddi addımlar atmalı olduğunu vurğulayıb:

“İndi Mərkəzi Bank deyir ki, bizim manat üzür. Amma nə qədər üzəcək, kimsəyə bəlli deyil. Yəni manat üzüb hansısa bir nöqtədə dayanmalıdır. Sahibkarlar bilməlidirlər ki, manatın real kursu nə qədərdir. 1 dollar 3 manat olsun, 5 manat olsun, amma manatın real alıcılıq qabiliyyəti nədirsə, onu tapmaq lazımdır. Yoxsa Neft Fondunun pullarını gətirib xərcləyirik ki, manatın kursunu sabit saxlayaq. Hamı bilməlidir ki, manatı sabitləşdirmədən hətta azərbaycanlı sahibkarın əlində olan valyutanı da prosesə cəlb etmək mümkün olmayacaq”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar