Xəbər lenti
"“Erməni xəstəliyi”nin vaksini “COVİD-19” vaksinindən daha tez tapılmalıdır..."
Bugün Kəlbəcər günüdür. Doğrudur, bu sətirlər yazılarkən, Kəlbəcərin boşaldılması sürəcinin daha 10 gün uzadıldığı rəsmi olaraq duyuruldu, lakin bu, ümumi gedişatı durdura bilməz, gün yenə Kəlbəcər günüdür, ürəyimiz yenə Kəlbəcərçün atır, Kəlbəcərə can atır, inamımızda 10 gün deyil, 10 saat deyil, 10 saniyəlik də tərəddüd yoxdur. Olsun ki gələcəkdə tarixçilərimiz arasında Kəlbəcərin azad edilməsi gününə münasibətdə 10 günlük fərq mükaliməsi yaşansın; inşallah ki bu fövqəladə məsələ sayılmaz. Fövqəladə olan Kəlbəcərin azad edilməsinin özüdür, köçün 10 gün daha davam edəcəyi deyil, məncə. Əlbəttə, könül istərdi, hər şey məhz bu gün bitsin.
Əlbəttə, ermənilər bu humanizmə layiq deyil. Kəlbəcərlilərin öz dədəb-baba yurdlarından, öz doğma ocaqlarından ayaqyalın, başaçıq çıxdığını, evlərindən, demək olar, çox zəruri əşyaları belə götürə bilmədiyini unutmuş deyilik; unutmuş deyilik ki, Kəlbəcərdə qanunsuz məskunlaşmış ermənilərin və işğalçı qoşunların təhlükəsiz çıxarılmasından fərqli olaraq, bizim vətəndaşlar, bizim körpələr, qadınlar, qocalar 1993-cü ilin aprelində öldürüldü, əsir və girov götürüldü, işgəncə gördü, zalımcasına didərgin salındı...
Kəlbəcərdə qanunsuz məskunlaşmış ermənilərin və işğalçı qoşunların çıxmasına Rusiya prezidentinin xahişi ilə Azərbaycan tərəfindən 10 gün əlavə möhlət verilməsi yüksək Azərbaycan humanizmidir. 10 günlük Kəlbəcər uzanması üçtərəfli Bəyanatdakı “vaxt cədvəl”ini aradan qaldırmır – dəyişiklik texniki xarakterlidir, işğalçı qoşunların rədd olub getməsi üçün qoyulmuş 1 dekabr – “son tarix”i qüvvədədir: beləliklə, 20 noyabr – Ağdamdan, 25 noyabr – Kəlbəcərdən (tam), 1 dekabr – Laçından çıxarılma, köçürülmə prosesi başa çatdırılmalıdır. Kəlbəcərdə köçürülmə bütün sürəti ilə davam edir, dayanmayıb, dayana bilməz; 10 gün bütün “obyektiv”, subyektiv bəhanələri sıfırlayır, əhədi kəsilmişlərin sözləri də kəsilir. Bu Azərbaycan fərqi, tarixə düşəcək, vicdanlı, tərəqqipərvər, sülpərvər insanlar dünyanın harasında yaşamasından, hansı xalqa (ölkəyə) mənsub olmasından asılı olmayaraq, bunu yazacaqdır; “Azərbaycan fərqi” yazıram, çünki hadisələr, cəhənnəm olarkən, unitazı da söküb aparan, çıxdığı evi yandıran, meşələri doğrayıb, sərvəti talan edən, geriyə xarabalıq buraxmaqdan zövq alanların görməmişliyi fonunda baş verir.
Bizimkilər böyük təhlükələr, acı talelərlə üzləşərkən bir ovuc torpaq, üçrəngli bayraq və dogma evin açarını… götürmüşdü özləri ilə; ermənilərsə bir daha barbarlıq nümunələri ilə çıxış edir. Bilirsiz, zorən mədəni xalq olmaq mümkün deyil. – Kəlbəcərdən köç ermənilərin hələ də kimlərisə aldada bilən maskasını yerə saldı. “Qədim”, “sivilizasiyalı”, “mədəni”, nə bilim, daha necə “keyfiyyət”lərə malik xalq nəyə qadirmiş dünya gördü. Kəlbəcərdən məlum köç görüntülərini, o, insanlıqdışı davranışları biz çəkməmiş, biz yaymamışıq, beynəlxalq brend sayılan xarici TV-lərin, beynəlxalq səviyyədə nüfuz qazanmış informasiya agentliklərinin işidir onlar; necə deyərlər, faktdan başqa fakt yoxdur: ermənilər yeni çağın sivilizasiyalar və mədəniyyətlərarası dialoq çağrışlarına, birgəyaşayışın elementar normalarına, beynəlxalq hüquqa cavab vermə gücündə, mənəviyyatında deyildir!
Ermənistanın Kəlbəcərdən çıxması prosesi vandalizm aktları ilə müşayiət edilir, ən adi müqayisə belə biz Azərbaycanlıların qarşısında necə bir geridəqalmış, görməmiş, unitazdan aşağı “mənəviyyat”lı topluluğun olduğunu görsün, bir daha görsün.
Ermənistanda Ermənistanlılıq qalmamalı, bu uğursuz, baştutmamış dövlət haqq etdiyi beynəlxalq müamiləni görməlidir. Bu, bütövlükdə Qafqazlarçün, digər xalqlar, ölkələrçün fövqəladə önəm daşıyır. Çünki biz öz payımıza Ermənistana Dəmir Yumruq göstərmişik, yenə göstərərik; lakin Ermənistanın və ermənilərin içüzünü sonunadək idrak etməmişlər, erməni hiylələrindən başı açılmamışlar var; və onlar biz çəkənləri çəkmədən, Ermənistana beynəlxalq ayarlama, beynəlxalq hüquqa kökləmə, mehriban qonşuluğa məcburetmə olmalıdır. İlla da olmalıdır, vallah, billah olmalıdır, tillah olmalıdır. İçimdən “Ey, dünya, demədi demə” demək keçir, doğrusu... Ey, dünya, Azərbaycanın atdığı addımların qədir-qiymətini bil! Ermənilər Azərbaycan humanizminə layiq deyil. Oğruya girdiyi evdən çıxmağa vaxt verən ev yiyəsinin təmkininin miqyasını dünya erməniliyi, erməniyanlılar, bütövlükdə, beynəlxalq ictimaiyyət idrak edə (o müdrikliyi daşıya) bilirmi, əcaba?.. O beynəlxalq ictimaiyyət ki Kəlbəcərin azad olunmasının 27 il öncə baş verməli olduğunu unutmamlı, susmamalı, tələb etməliydi... BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsi gərəyi Ermənistan bütün işğalçı qüvvələrini Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarmalıydı – bunu dünya birliyi yox, Azərbaycan müzəffər ordusu öz Ali Baş Komandanının rəhbərliyi ilə təmin etdi. Guya bilmirikmi ki daha 10 gün vaxt istəyən erməni əhalisi Kəlbəcərin işğalından sonra orada qeyri-qanuni məskunlaşanlardı. Ermənistan nəinki beynəlxalq birliyi vecinə almayıb, üstəlik, BMT-nin və ATƏT-in prinsiplərinə daban-dabana zidd şəkildə, illər uzunu qanunsuz məskunlaşdırma həyata keçirib, son 21 ildə isə bu qanunusuzluğu fəal surətdə yürüdüb.
Barbarlıq mənzərəsinə baxın: 27 il öncə sahibi zorla qovulmuş evdə məskunlaşasan, orada illər uzunu yaşayasan, çıxmağa məcbur olunca da, həmin evə od vuraraq gedəsən! Dünyada daha hansı “mədəni xalq” bu cür davranır?!. Azərbaycanın gözündə tük axtaranlar, maraqlı dairələr, beynəlxlaq qurum və quruluşlar niyə susur? Bu, ikilistandartlar, bu siyasi lallıq, ideoloji korluq, dini karlıq – insanlıqdan çıxmalar... nə vaxtadək davam edəcək?!.
Bilirsiz, 1993-cü il işğalı zamanı Kəlbəcərdə 500-dən artıq dinc sakinin həlak olması, yüzlərlə insanın girov və ya itkin düşməsi, sağ qalanlarınsa özü ilə zəruri əşyaları götürə bilməməsi, Kəlbəcərlilərin bütün əmlakının Ermənistan silahlı qüvvələri tərəfindən talan edilməsi özü bir soyqırım aktı olub. Üstəlik, ermənilər Kəlbəcərin Ağdaban elində zatən soyqırım aktını biləvasitə törətmişdi. Soyqırım suçluları indi daha 10 gün vaxt istəməklə öz rəzil durumlarını başa düşürmü görəsən? –
Ən alçaq üsul və vasitələrə əl atdın, enində-sonunda yenə rədd olub gedirsən!
Sonunda uduzan sən oldun, yenilginin dadını ən son sən daddın!
Əbədi məğlubiyyət sənin, əbədi qalibiyyət bizimdir!
Sən sən olma, Ermənistan! Sən sən olsan, sonundu!
Bugünün Azərbaycanı Şah İsmayılın, Nadir şahın ruhu ilə dirçəlir, məhz bu tarixi şəxsiyyətlərin hökmranlıq dövründən qərinələr keçəndən sonra, İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Respublikası öz torpaqları üzərində suveren hüquqlarını bərpa edir, tarixi zəfər əldə edir! Qarşı tərəfdə belə örnəklər... sadəcə mümkün deyil; çünki tarixdəki ilk erməni dövləti təqribən 100 il bundan öncə qurulub. Müstəqil erməni dövlətinin yaşı isə 30 il civarındadır. İmperiyalar, dövlətlər qurmuş, bu coğrafiyanın söz sahibi olmuş bir xalqla savaşmaq Ermənistanın harasına yaraşır? – O Ermənistanın ki tarixi Azərbaycan torpaqlarında elan edilib, tapusu saxtadır, dini məzhəbi saxtadır, bayrağı saxtadır, tarixi lap saxtadır, mədəniyyətisə yalan-palan üzərindədir. Dövlət, xalq gərək ayağını tarixinə və mədəniyyətinə görə uzada... Ermənistan yorğanı başına çəkir, ayağı çöldə qalır, ayağını örtüncə də, başı çöldə qalır – günah nə yorğanda, nə yarğandadır – günah saxta Ermənistanda, hiyləli dünya erməniliyindədir... “Erməni xəstəliyi”nin vaksini “COVİD-19” vaksinindən daha tez tapılmalıdır...
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
BAYRAĞIMIZ UCA OLSUN!
Əkbər QOŞALI
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar