Xəbər lenti
Nasistlər kimi işğalçı Ermənistan da təzminat ödəməlidir - Tarixçi
İkinci Dünya müharibəsindən sonra nasist cinayətkarları kimi işğalçı Ermənistan da Azərbaycana və onun mülki vətəndaşlarına vurulan ziyana görə təzminat ödəməlidir.
Manevr.az bildirir ki, bunu trend-ə tarixçi Cavid Yusub deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev də açıq şəkildə bəyan edib ki, konfliktin müharibə mərhələsi başa çatsa da, Azərbaycan aradan keçən 30 il ərzində ərazisinin işğal edilməsi ilə bağlı ona qarşı törədilmiş bütün qanunsuz hərəkətləri bağışlamaq fikrində deyil. İşğalçı qüvvələrin müharibə cinayətlərində iştirakı, ötən illər ərzində Qarabağın təbiətinə vurulan ziyan, mülki vətəndaşlara qarşı hüquqazidd və cinayət əməllərinin törədilməsi, təmas xəttindən çox kənarda olan şəhərlərə, o cümlədən Gəncə və Bərdəyə raket zərbələrinin endirilməsinə görə Ermənistan cavab verməlidir.
Beynəlxalq aləmin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyən C.Yusub qeyd edib ki, erməni ordusu yüksək ruhlu, müasir texnika ilə təchiz edilmiş Azərbaycan Ordusunun gücü qarşısında duruş gətirə bilmədi. Eyni zamanda, dünyanın bir sıra ölkələrində yuva qurub möhkəmlənmiş erməni lobbisi də dünya dövlətlərini Ermənistan rəhbərliyinin apardığı bu ədalətsiz siyasəti dəstəkləməyə məcbur edə bilmədi.
Tarixçi qeyd edib ki, Ermənistanın siyasi rəhbərliyi öz əhalisini yalan məlumatlarla yalnız müharibə dövründə aldatmayıb. O, ötən 30 il ərzində əhalisinə arzu ediləni gerçək olan kimi qələmə verməklə hər bir zaman aldadıb. Artıq əhali də bu vədlərin saxta olduğunu anlayır.
Qarabağ münaqişəsinin tarixi ədalətlə başa çatdığını vurğulayan C.Yusub bildirib ki, ümummilli lider Heydər Əliyevin işini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ölkənin iqtisadi gücünü, nüfuzunu artırmaqla, vətəndaşları bir yumruq kimi birləşdirməklə Azərbaycanın tarixində tamamilə yeni səhifə açdı:
"Noyabrın 10-da bütün dünya 30 il ərzində davam edən konfliktə son qoyulmasının şahidi oldu. Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etməklə, Azərbaycan Ordusunun qüdrətini sübut etməklə, qonşu ölkələrlə diplomatik və iqtisadi əlaqələri daha da möhkəmləndirməklə özünün uzaqgörənliyini və mükəmməl taktikasını bütün dünyaya göstərdi. Belə bir faktı qeyd etməyə dəyər ki, Prezident İlham Əliyev Rusiya prezidenti ilə onlayn rejimdə, ictimaiyyətin üzünə açıq formada müharibənin başa çatmasına dair müqavilənin imzalanmasını Ermənistanın kapitulyasiyası kimi qəbul etdi və bunu söyləməklə də bu hadisəyə dəqiq qiymət verdi".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar