Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Ermənistanın bu vəziyyətdən çıxması çox çətin olacaq"

Tarix: 13-11-2020 16:36     Baxış: 5169 A- / A+
"Ermənistanın bu vəziyyətdən çıxması çox çətin olacaq"


"Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev 44 günə çox möhtəşəm qələbəyə imza atdı!"

Bunu açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib.

O bildirib ki, Ermənistanın həddindən artıq ağır sosial vəziyyətlə üzləşəcəyi, vətəndaş müharibəsinin olması qaçılmazdır:

"BMT-nin demək olar ki, 30 il əvvəl qəbul edilmiş qətnamələrini Azərbaycan təkbaşına icra etdi. Azərbaycan ərazisindən, Qarabağdan erməni qoşunlarını çıxardır. Hərbi sahədəki möhtəşəm qələbələrimizi məharətlə siyasi-diplomatik müstəviyə keçirməyə nail olan cənab Prezidentin bu qələbəsindən sonra Ermənistanın kapitulyasiyasının elan edilməsi baş verdi.

Bu məğlubiyyətdən dərhal sonra Ermənistanda başlayan vətəndaş müharibəsi, dövlət çevrilişinə cəhd, hakimiyyətin tarimar olması, hərc-mərcliklə bağlı vəziyyətin olması, sosial partlayışın baş verməsi gözlənilən idi. Artıq Ermənistan çox ağır durumdadır. Yoxsul və dilənçi kökündə yaşayan 70 000 erməni də Ermənistan ərazisinə köç gedir.

Bilirsiniz necə çökəcəklər?! Heç bir iqtisadiyyatı olmayan və dövlət kimi xarici borcu on milyarddan çox olan Ermənistanın həddindən artıq ağır sosial vəziyyətlə üzləşəcəyi, vətəndaş müharibəsinin olması qaçılmazdır. Bu gün hakimiyyətə kimin gəlməsindən və ya Paşinyanın hakimiyyətdə qalmasından asılı olmayaraq, bu vəziyyətdən çıxmaları çox çətindir. Bunların yeganə yolu, məğlubiyyətləri ilə barışmaları və qonşu dövlətlərlə normal münasibətlərin qurulmasına cəhd etmələridir. Türkiyə, Azərbaycan, İran, Rusiya ilə münasibətlərin normallaşaması üçün axmaq və səfeh iddialarından əl çəkməlidilər. Əks halda erməniləri çox ağır günlər gözləyir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar