Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Düşməni vahiməyə salan generalımız - Video

Tarix: 10-11-2020 21:45     Baxış: 4160 A- / A+
Düşməni vahiməyə salan generalımız - Video

Vətən müharibəsində adını qızıl hərflərlə tarixə yazan qəhrəmanlarımızdan biri də general-leytenant Hikmət Mirzəyevdir.

Manevr.az xəbər verir ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət İzzət oğlu Mirzəyev Biləsuvar rayonunda doğulub. 2016-cı ilin Aprel müharibəsi zamanı və 2020-ci ildə Dağlıq Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindəndir.

Hikmət Mirzəyev müasir hərb tariximizin ən önəmli simalarından biridir. O, Ümummilli lider Heydər Əliyevin Prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşıyıb. Ona polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim edib. Hikmət Mirzəyev 19 yanvar 2002-ci ildə Ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb.

2020-ci il 27 sentyabr tarixində Qarabağ uğrunda savaşın növbəti mərhələsi başlayandan Hikmət Mirzəyev artıq Cəbrayıl və Şuşa şəhərinin işğalçılardan azad edilməsi uğrunda əməliyyatlara başçılıq edib.

Təsadüfi deyil ki, Prezident Cəbrayıl və Şuşa şəhərinin işğalçılardan azad edilməsindən dərhal sonra Hikmət Mirzəyev zəng edərək, təbrik etdi. Hətta Cəbrayıl şəhəri və rayonun 9 kəndinin azad edilməsi əməliyyatında iştirakından sonra Prezidentin Sərəncamı ilə ona general-leytenant ali hərbi rütbəsi verildi.

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı Hikmət Mirzəyevin və səlahiyyətindəki hərbi birliyin Qarabağda aparılan bir sıra misilsiz əməliyyatlarda ən öndə yer aldığı, düşmənə çoxsaylı sarsıdıcı zərbələr endirdiyi bildirilir. Hikmət Mirzəyev və XTQ Ermənistan ordusunda daim vahimə ilə xatırlanır. Bu, erməni KİV-ində, eləcə də beynəlxalq mediada son əməliyyatlarla bağlı yayılmış materiallarda da aydın görünür.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar