Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yaydı

Tarix: 09-11-2020 22:19     Baxış: 3173 A- / A+
Azərbaycan  Xarici İşlər Nazirliyi bəyanat yaydı


Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Rusiya Federasiyasının Müdafiə Nazirliyindən aldığı məlumata əsasən bu ilin 9 noyabr tarixində saat 18.30 da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri vurulub.

Manevr.az bildirir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir:

Bununla bağlı aşağıdakıları qeyd etmək lazımdır:

-helikopter Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv hərbi döyüşlərin davam etdiyi bir vaxtda Ermənistan-Azərbaycan dövlət sərhədinin tam yaxınlığında uçuşu həyata keçirib.

-uçuş günün qaranlıq vaxtında, aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada həyata keçirilib.

-bundan öncə həmin ərazidə Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin helikopterləri müşahidə edilməyib.

Qeyd olunan amilləri və bölgədəki gərgin vəziyyəti, habelə erməni tərəfinin mümkün təxribatları ilə əlaqədar yüksək döyüş hazırlığını nəzərə alaraq, növbətçi hərbi bölüm tərəfindən atəşin açılması qərarı verilib.

Təsadüfi xarakter daşıyan və Rusiya tərəfinə qarşı yönəlməyən bu faciəvi hadisə ilə bağlı Azərbaycan tərəfi Rusiya tərəfindən üzrxahlığını bildirir.

Azərbaycan tərəfi həlak olan ekipaj üzvlərinin ailələrinə dərin başsağlığı bildirir və xəsarət alanların tezliklə sağalmalarını diləyir.

Azərbaycan tərəfi müvafiq kompensasiyanın ödənilməsinə hazır olduğunu bildirir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar