Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev: “Biz digər şəhər və kəndlərə nəzarəti ələ keçirəndən sonra danışılacaq bir şey qalmayacaq”

Tarix: 09-11-2020 13:54     Baxış: 3166 A- / A+
İlham Əliyev: “Biz digər şəhər və kəndlərə nəzarəti ələ keçirəndən sonra danışılacaq bir şey qalmayacaq”

“Bəli, əgər mənim mövqeyimi soruşursunuzsa, düşünürəm ki, bu, mümkündür. Lakin bu, təkcə məndən asılı deyil. Bu, yalnız Ermənistan tərəfindən asılıdır”.

Manevr.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində jurnalistin “Prezident Əliyev, Sizə uzunmüddətli perspektivlə bağlı sual verə bilərəm? Cənubi Qafqazın gələcəyini necə görürsünüz? Buraya sülhün gəlməyini necə görürsünüz? Demək istəyirəm ki, Azərbaycanla Ermənistan arasında nə vaxtsa sülhün olacağı günü görürsünüzmü?” sualına cavabında deyib.

“Müharibənin bu 40 günü ərzində mən dəfələrlə demişəm ki, Cənubi Qafqazın 3 ölkəsinin birlikdə işləyəcəyi günü görmək arzusundayam, necə ki, məsələn, biz yaxın strateji tərəfdaşımız və dostumuz olan Gürcüstanla edirik. Baxın, biz onlarla neçə layihə həyata keçirmişik, bizim əlaqələrimiz necə yaxındır. Bu əlaqələr tarixi irsə, praqmatizmə, maraqlarımızın balansına əsaslanır. Niyə Ermənistan təcrid olunub? İşğal səbəbindən. Əgər siz, məsələn, bizim enerji və nəqliyyat layihələrimizin xəritəsinə baxsanız görərsiniz ki, onlar Ermənistandan yan keçir. Bizim resurslarımızı beynəlxalq bazarlara nəql etməyimiz üçün ən qısa yol Ermənistandan keçir və biz 1990-cı illərdə bunu onlara təklif etmişik. Biz dedik - əraziləri boşaldın, gəlin, Ermənistan ərazisindən keçməklə Naxçıvan və sonra Türkiyəyə daxil olan kəmər tikək, onda biz bütün ölkələrin maraqlarını birləşdirərik, regionun bütün ölkələrini müəyyən mənada bir-birindən asılı edərik və bu, sülhün təminatı olar. Onlar dedilər – yox. Mən Minsk qrupu həmsədrləri vasitəsilə, - onlar bunu təsdiqləyə bilərlər, - dəfələrlə maliyyə yardımı, Dağlıq Qarabağda sosial proqramlar, büdcəmizdən maliyyələşmə təklif etmişəm, əgər onlar əraziləri boşaltsalar. Onlar deyiblər – yox. Mən Dağlıq Qarabağa muxtariyyət, dünyada mümkün olan ən yüksək muxtariyyət təklif etmişdim. Ermənistan dedi – yox. Onlar hər şeyə “yox” deyiblər. Beləliklə, indi baş verənlər onların günahıdır. Yeri gəlmişkən, onların Qarabağ klanı tərəfindən devrilmiş ilk prezidenti məqalə dərc etdirərək deyib ki, - bu, 1990-cı illərin ortalarında olub, - azərbaycanlılar indi bizə təklif etdiklərini bir daha təklif etməyəcəklər”, - deyə dövlət başçısı qeyd edib.

ƏTRAFLI
Nospa_video_office
“Siz indi Dağlıq Qarabağ üçün muxtariyyət statusunu qəbul edərsiniz?”, - deyə jurnalist bildirib.

“İndi mən bu barədə danışmamağa üstünlük verirəm. Çünki indi yerində vəziyyət dəyişib. Lakin mən bunu dəfələrlə təklif etmişdim və ermənilər bunu rədd etdilər”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Daha sonra jurnalist “Beləliklə, Siz indi Dağlıq Qarabağ üçün nə istəyirsiniz?” sualını Azərbaycan Prezidentinə ünvanlayıb.

“Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. O, hər hansı başqa rayon kimi Azərbaycanın bir hissəsi olaraq qalacaq. Bu, yenə də Ermənistan hökumətinin necə davranacağından asılı olacaq. Onların məntiqli olması üçün hələ də çox gec deyil. Onların danışıqlar masasında daha çox şey əldə etmələri üçün hələ də çox gec deyil. Çünki biz digər şəhər və kəndlərə nəzarəti ələ keçirəndən sonra danışılacaq bir şey qalmayacaq. Beləliklə, onlar vaxt itirirlər. Əgər onlar məntiqli davransalar, biz bəzi özünüidarəetmə formaları üzərində işləyə bilərik. Biz bunun əleyhinə deyilik. Lakin onlar Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır. Onlar İtaliya, İsveç və Finlandiya kimi Avropa ölkələrinin öz aralarında sahib olduğu ən yaxşı təcrübəyə əsaslanmalıdır. Niyə bundan fərqli olmalıdır? Sonra əlbəttə ki, regiona sülh gələcək. Zənnimcə, səmimi desək, Ermənistanın bu baş naziri ilə sülh üçün hər hansı imkanın olduğunu düşünmürəm. Ermənistanda hökumət dəyişməli, məntiqli insanlar, qan axıdılması və hərbi cinayətlərlə əlaqəsi olmayan insanlar gəlməlidirlər və sonra düşünürəm ki, birgə addımlarla biz Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan arasında Sovet İttifaqı dövründə mövcud olmuş əməkdaşlığın yeni formatını yarada bilərik. Bizim dost münasibətlərimiz var idi. Biz birlikdə yaşayırdıq”, - deyə Azərbaycan Prezidenti suala cavabında bildirib.

Jurnalistin “Sülh naminə Sizin təklif edə biləcəyiniz hər hansı bir kompromis varmı? Sizin indi verməyə hazır olduğunuzu söyləyə biləcəyiniz nəsə varmı?” sualına isə Prezident İlham Əliyev belə cavab verib: “Digər tərəf kompromis arzulamadığı halda, mən kompromis təklif edə bilmərəm. Bilirsiniz, bu müddət ərzində Ermənistanın baş naziri də bir neçə dəfə xarici jurnalistlərə müsahibə verib. Rusiya televiziyasında bir veriliş var. Onlar eyni sualı mənə də, ona da verdilər. Məndən kompromis barədə soruşanda, mən sizə söylədiyimi dedim. Ondan 3 dəfə kompromis barədə soruşanda o dedi – Dağlıq Qarabağda yaşayan ermənilər üçün öz müqəddəratını təyinetmə. Amma bu kompromis deyil. Onlar hansı kompromisə getməyə hazırdırlar? Yeri gəlmişkən, bu gün onların kompromisə getmək imkanları azalır. Çünki biz həmin əraziləri güc yolu ilə geri qaytarırıq. Bizim kompromis hələ də masanın üzərindədir. Lakin əgər biz bütün əraziləri geri qaytarsaq, 100 faiz zəmanət yoxdur ki, bu, masada olacaq. Onda biz nə barədə danışacağıq? Beləliklə, hazırda Ermənistanın baş naziri üçün, onun özü üçün ən yaxşısı odur ki, mənə qulaq assın, açıq şəkildə desin ki, “Biz Ağdamı, Kəlbəcəri və Laçını boşaldırıq”, biz dayanarıq, atəşkəs olar, əgər onlar onu yenidən pozmasalar və biz sizin qeyd etdiyiniz məsələlərə - status, muxtariyyət, mədəni muxtariyyət, icma və digərlərinə geri qayıdarıq. Biz ədalətli ola bilərik. Mən həmişə xalqımıza düz danışıram. Bu gün vəziyyət dəyişib. Ona görə də, mənim bir il bundan əvvəl, iki il bundan əvvəl onlara təklif etdiyim, ola bilsin ki, etibarsızdır. Lakin bu barədə danışmaq tezdir”.

“Sizin sülh yolu ilə həllə ümidiniz varmı?”, - deyə jurnalist növbəti sualı Prezident İlham Əliyevə ünvanlayıb.

“Bəli, ümidim var. Çünki indi mənim ümidim bizim döyüş meydanındakı uğurumuza əsaslanır. Mənim ümidim Ermənistanın konstruktiv mövqeyinə əsaslanmır. Çünki bizim döyüş meydanında gördüklərimiz, Füzulidə, Cəbrayılda gördüklərimiz, biz gördük ki, onlar əraziləri boşaltmağı planlaşdırmırdılar. Onlar bizə yalan danışırdılar. Onlar Minsk qrupunun həmsədrlərinə yalan danışırdılar. Çünki onlar o istehkamlara o qədər vəsait yatırıblar ki, oraları heç vaxt boşaltmazdılar. Buna görə Füzuliyə nəzarəti ələ almaq bizim çox vaxtımızı apardı. Sonra biz Araz çayı boyu Ermənistanla dövlət sərhədinə doğru hərəkət edəndə bir neçə kənddə çox şiddətli toqquşmalar oldu. Bu müdafiəni yarmaq bir neçə gün vaxtımızı aldı”, - deyə dövlət başçısı qeyd edib.

Manevr.az-

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar