Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Şuşanı azad etməklə Azərbaycan Ordusu bizi töhmətdən qurtardı" - İcra başçısı

Tarix: 09-11-2020 11:26     Baxış: 3171 A- / A+
"Şuşanı azad etməklə Azərbaycan Ordusu bizi töhmətdən qurtardı" - İcra başçısı

Ali Baş Komandanın qətiyyətli mövqeyi və Azərbaycan Ordusunun rəşadəti şuşalılara ikinci dəfə həyat bəxs etdi.

Manevr.az bildirir ki, bunu trend-ə açıqlamasında Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib. O bildirib ki, Şuşanın işğaldan azad olunması şuşalıların töhmətdən qurtulması deməkdir: "Var olsun Ali Baş Komandan, yaşasın Azərbaycanın igid əsgərləri. Mən bütün şuşalılar adından minnətdaram. Şuşanı azad edən Azərbaycan Ordusu bizi töhmətdən qurtardı. Bütün şuşalıları və bütün azərbaycanlıları, bütün dünya azərbaycanlılarını təbrik edirəm".

B.Səfərov bildirib ki, hazırda Şuşa əhalisinin 60-65 faizi Bakı şəhərində, digərləri isə Azərbaycanın 60-a yaxın rayonunda məskunlaşıb: "Dünən cənab Prezident Şuşanın işğaldan azad olunma xəbərini elan edəndən sonra bütün şuşalılardan minlərlə zəng, təbrik almışam. Hər bir şuşalı Ali Baş Komandana və Azərbaycan Ordusuna sonsuz minnətdardır. Tanrı Azərbaycan Ordusunu qorusun".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar