Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi

Tarix: 08-11-2020 19:46     Baxış: 3185 A- / A+
Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi

Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib: "Cənab Prezidentin elan etdiyi qələbə xəbəri vətəndaşlarımızda bayram ovqatı yaradıb bə onlar bu əlamətdar hadisəni qeyd etmək üçün küçələrə axışıb. Vətəndaşlarımıza xatırlatmaq istəyirik ki, hazırda respublikanın bütün ərazisində hərbi vəziyyət davam edir və bununla əlaqədar Bakı şəhəri də daxil olmaqla bir sıra şəhər və rayonlarda saat 21:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq edilir".

Müraciətdə o da bildirilir ki, ölkədə koronavirusla mübarizə məqsədi ilə karantin rejimi tətbiq olunub: "Vətəndaşlarımızdan bunları nəzərə almalarını, komendant saatının tələblərinə və karantin qaydalarına əməl edərək saat 21:00-dan evlərini tərk etməmələrini xahiş edirik", - deyə DİN-in müraciətində qeyd olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar