Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Heç olmasa bu torpaqda dəfn olunmağa üz saxlayın!"- Süleyman Hüseynov

Tarix: 07-11-2020 16:56     Baxış: 3365 A- / A+
"Heç olmasa bu torpaqda dəfn olunmağa üz saxlayın!"- Süleyman Hüseynov

"...Təəssüflə qeyd etmək istəyirəm ki, xaricdə, xüsusən Rusiyada yaşayan soydaşlarımızın bəziləri hələ də düşmən mövqeyindən çıxış edirlər. Azərbaycanda yaşayan xalqlar arasında nifaq, qarşıdurma yaratmağa cəhd edirlər,öz şəxsi mənafelərini Vətənin mənafeyindən üstün tuturlar".

Manevr.az xəbər verir ki, bu sözləri tanınmış şair-yazıçı Süleyman Hüseynov həmvətənlərimizə ünvanladığı müraciətdə deyib. Həmin müraciəti təqdim edirik:

"Əziz həmvətənlərim!

Bildiyiniz kimi Vətən müharibəsi bizə çox məqamları təsdiq etdi. Xalqın,dövlətin birliyini, mübarizliyi,Azərbaycanda yaşayan xalqların, etnik qrupların birliyini göstərdi. Mənim diqqətimi bir məsələ də cəlb etdi. İstər Azərbaycanda, istərsə də xaricdə yaşayan, iqtidara müxalifətdə olanların böyük əksəriyyəti bu ağır gündə umu küsüləri, iddiaları kənara qoyub, Ali Baş Komandanı, onun gördüyü tədbirləri, müharibə siyasətini birmənalı dəstəkləyirlər. Zənnimcə, müharibədən sonra iqtidar-müxalifət münasibətlərində daha yaxın anlaşma olacaq və ölkəmizin daha da inkişafına,güclənməsinə təkan veriləcəkdir.
Lakin təəssüflə qeyd etmək istəyirəm ki, xaricdə, xüsusən Rusiyada yaşayan soydaşlarımızın bəziləri hələ də düşmən mövqeyindən çıxış edirlər. Azərbaycanda yaşayan xalqlar arasında nifaq, qarşıdurma yaratmağa cəhd edirlər,öz şəxsi mənafelərini Vətənin mənafeyindən üstün tuturlar. Yəqin ki, yadınızda qalıb, Zabil Məhərrəmov adlı birinin televiziyada erməni hərbçisi formasında çıxış edib, erməni ordusunu dəstəkləməsi. Adam nə qədər çiy süd əmməlidir ki, anadan olduğu torpağa, qohum-əqrəbalarına, ona təhsil verən ölkəyə belə xəyanət etsin?! Mən buna ad tapa bilmirəm... (((
Mən üzümü elələrinə tutub, bir də deyirəm :
-Çəkinin bu bəd əməllərdən! Sabah heç olmasa anadan olduğunuz torpaqda dəfn olunmağa üz saxlayın! Bizim bir Vətənimiz var - Azərbaycan!
Şeirlərimin birində yazdığım kimi:

...Azərbaycan adlı bir məmləkətin,
Oğluyam,bayrağı başımın üstə!
Torpağı yolunda mən bu dövlətin,
Canımı verərəm, canımı istə!


Yaşasın Azərbaycan!
Yaşasın Ali Baş Komandan!
Tarix yazan şanlı Azərbaycan ordusuna eşq olsun!
Qələbə bizimdir!"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar