Xəbər lenti
Vergi güzəştləri yeni sistem vasitəsilə qiymətləndiriləcək - Baş nazirdən QƏRAR
"Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları” təsdiq edilib.
Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərarda "Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların Mərkəzləşdirilmiş Elekton Reyestr Sistemi” vasitəsilə məlumatların toplanması, vergi və gömrük sahəsində qüvvədə olan və ya təklif olunan güzəşt və azadolmaların büdcə, iqtisadi və sosial baxımdan səmərəliliyinin qiymətləndirilməsi və nəticələrinin təhlili, qiymətləndirmənin nəticələri əsasında növbəti illər üzrə büdcə-vergi siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsi və bundan irəli gələrək nortmativ-hüquqi aktların layihələrinin hazırlanması nəzərdə tutulub.
Hazırda Maliyyə Nazirliyinin cəlb etdiyi podratçı tərəfindən vergi və gömrük sahəsində güzəştlərə dair "Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi”nin qurulması və aidiyyəti qurumların həmin Sistemə inteqrasiyası ilə bağlı müvafiq işlər yekunlaşır.
"Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” formalaşdıqdan sonra bütün müəsissələr, təşkilatlar və ya ictimai birliklər tərəfindən güzəştlər üzrə müraciətlərin həmin Sistem vasitəsilə ötürülməsi və qiymətləndirilməsi həyata keçiriləcək.
Qərar 2021-ci il 1 yanvar tarixindən qüvvəyə minir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar