Xəbər lenti
Cəbhədə döyüşən əsgərin oğlu dünyaya gəldi… - Şəkillər
Bu gün dünyaya daha bir Azərbaycan əsgəri göz açıb. Həm də hərbçi övladı.
Manevr.az-ın məlumatına görə, torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşüb qazi olan, yenidən könüllü döyüşlərə qatılan Qusar rayon sakini Xəyal Məmmədovun üçüncü övladı dünyaya gəlib.
Qəhrəman əsgərimiz dünyaya göz açan övladına Milli Qəhrəman Mübariz İbrahimovun adını verib, onun da Mübariz kimi hərbçi olacağını deyib.
Xəyal vətən uğrunda gedən aprel döyüşlərində qəhrəmanlıqlar göstərib. Hazırda da vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə canı-qanı ilə döyüşür.
Qarabağa gedən yolun 12 iyul Tovuz döyüşləri ilə başladığını deyən qəhrəman hərbçimiz buna görə istəyib ki, Mübariz Tovuzda dünyaya gəlsin...
Polad iradəli, mübariz ruhlu Azərbaycan əsgəri hər zaman var olub, həmişə də var olacaq!/teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar