Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hikmət Hacıyev: "Cenevrədəki görüşdən sonra rayonlar ağır artilleriya ilə atəşə tutulub"

Tarix: 31-10-2020 16:26     Baxış: 4214 A- / A+
Hikmət Hacıyev: "Cenevrədəki görüşdən sonra rayonlar ağır artilleriya ilə atəşə tutulub"


"Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilmiş görüşdən sonra Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər, Ağdam, Goranboy, Ağcabədi rayonları ağır artilleriya və digər atıcı silahlardan atəşə tutulub.

Bu gün səhər saat 06.00 radələrindən saat 12 radələrinə qədər bu rayonlar üzrə 6 qəsəbə və 26 kənd olmaqla 32 yaşayış məntəqəsinə Ermənistan silahlı qüvvələri tərəfindən 300-dən artıq mərmi atılmışdır.

Cenevrə görüşlərinin keçildiyi gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və Daşkəsən rayonlarına 200-dən artıq mərmi atılıb".

Manevr.az
xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O, təəssüflə bildirib ki, Tərtər şəhəri II Dünya müharibəsindən sonra Avropanın ən çox bombalar və raketlərin atıldığı şəhərlərindən biridir. 27 sentybardan bu günə qədər Tərtər rayonuna 15.000-dən artıq mərmi və raketlər atılıb:

"Muzdlular barədə propaqandası uğursuzluqla üzləşən Ermənistan ağ fosfor mövzusunda yeni dezinformasiyalar uydurmaqdadır. Ermənistan ağ fosforlu mərmilərdən istifadə edərək onun məsuliyyətini Azərbaycanın üzərinə atmağa çalışır.

8 oktyabrda Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Arayapılı kəndinə atılmış mərminin fosfor olduğu müəyyən edilmiş və ANAMA tərəfindən zərərsizləşdirilmişdir. ANAMA tərəfindən bu fakt sənədləşdirilmişdir.

2016-cı ilin aprel döyüşlərində də Ermənistan tərəfindən Tərtər rayonunun Əskipara kəndinə ağ fosfor mərmisi atılmışdı. Hərbi attaşelər və ATƏT-in nümayəndəsinin iştirakı ilə əkin sahəsinə düşmüş həmin mərmi yerində zərərsizləşdirilib.

Hazırda meşə yanğını formasında ekoloji terror törətmək və Azərbaycan silahlı qüvvələrinə qarşı istifadə etmək üçün Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd istiqamətinə böyük həcmdə fosforun gətirildiyi barədə məlumatlar var".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar