Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Daxili Qoşunların hərbi qulluqçuları təcili Bərdəyə ezam olundu - RƏSMİ

Tarix: 28-10-2020 16:47     Baxış: 3219 A- / A+
Daxili Qoşunların hərbi qulluqçuları təcili Bərdəyə ezam olundu - RƏSMİ


Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistanın silahlı qüvvələri bu gün günorta saatlarında Bərdə şəhərinin mərkəzini reaktiv sistemlərdən atəşə tutub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nəticədə mülki əhali arasında ölən və xəsarət alanlar var, infrastruktura ciddi ziyan dəyib.

Daxili İşlər Nazirliyinin rəhbərliyinin tapşırığı ilə yaralı vətəndaşların vaxtında xəstəxanalara çatdırılması, şəhərdə və yollarda təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi, eləcə də vətəndaşlara məxsus əmlakların, mülkiyyətlərin mühafizəsinin təmin edilməsi üçün Bərdə Rayon Polis Şöbəsinə köməklik məqsədilə müəyyən sayda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları təcili olaraq Bərdəyə ezam olunublar.

Hazırda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş iş şəraitində şəhərdə xidmətlərini davam etdirirlər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar