Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şevçenkodan ermənilərlə bağlı daha bir şok

Tarix: 27-10-2020 23:14     Baxış: 4180 A- / A+
Şevçenkodan ermənilərlə bağlı daha bir şok

Moldovanın TRIBUNA informasiya portalında Kişineu Effektiv Siyasət İnstitutunun direktorunun müavini, tarix elmləri doktoru, siyasi analitik Ruslan Şevçenkonun “Silah qaçaqmalçılığı - Qarabağın Ermənistan tərəfindən işğalının əsas səbəblərdən biridir” sərlövhəli məqaləsi dərc edilib.

Manevr.az xəbər verir ki, məqalədə Ermənistan hakimiyyətinin işğal olunmuş ərazilərdə silah qaçaqmalçılığı, silah alqı-satqısı və saxlanması ilə geniş məşğul olduğu qeyd olunub.

“Hərbi əməliyyatlar başlamazdan əvvəl Ermənistan Müdafiə Nazirliyinin balansında yalnız rəsmi 150 tank qeydə alınmışdır, yəni cəmi bir neçə həftə ərzində Azərbaycan qoşunları tərəfindən məhv edilmiş tankların sayının yarısı. Bu əlavə tanklar haradan çıxdı və əsası bunlar harada saxlanılırdı, nəzərə alsaq ki, hər bir ölkə silahlarının “şəffaflığının” araşdırması üçün BMT mütəxəssislərinə “qapılarını açmalıdır?”,- məqalədə belə deyilir.

Müəllif məqalədə ermənilərin silah arsenalında təkcə tankların deyil, daha bahalı silahların da olduğunu qeyd edir. Adi hesablamalar Ermənistanın bu tankları və digər texnikanı öz ərazisində saxlamadığını göstərir. Bu, o dəməkdir ki, bütün bu silahlar Ermənistana gömrük qeydiyyatından yayınaraq qaçaqmalçılıq yolu ilə gətirilib və dərhal Dağlıq Qarabağa ötürülüb və orada saxlanılıb.

Həmçinin qeyd olunur ki, işğal olmuş ərazilərdə bu silahlar yalnız saxlanılmırdı, sonra “qara bazar”da satılırdı.

“Qaçaq silahların onların rəsmi qiymətlərindən bir neçə dəfə az olduğunu nəzərə alsaq, Ermənistan hakimiyyət orqanlarının bundan qazancının miqdarını yalnız təxmin etmək olar. Üstəlik, Ermənistan silah arsenalının bir çox hissəsini gizli “yardım” və ya müddətsiz geri qaytarılmayan kreditlər şəklində alır. Bu hərbi texnika əsasən terror təşkilatları və quldur birləşmələri tərəfindən alınırdı. Tam aydındır ki, bütün bunlar Ermənistan rəhbərliyinin xəbəri və ya birbaşa iştirakı olmadan baş verə bilməzdi”,- deyə müəllif qeyd edir.

Müəllif, eyni zamanda, Qarabağda qaçaqmal silahının mənbəyini də göstərir. O vurğulayır ki, Azərbaycan hakimiyyətinin dəfələrlə bu sxemada erməni mənşəli böyük rus sahibkarlarının iştirak etdiyini beynəlxalq sanksiyalar altında olan tanınmış silah alverçilərinin olduğunu göstərib. Bundan əlavə, silahların mülki təyyarələrdə, qaçaqmalçılıq yolu ilə Ermənistana gətirildiyi bildirilir.

Sonda müəllif qeyd edir ki, işğal olunmuş ərazilər üzərində nəzarəti itirməklə Ermənistan həm terror təşkilatlarından böyük “qara” qazancını, həm də qanunsuz yolla əldə edilmiş silahları gizlətmək imkanını itirir. “Bu Ermənistan üçün, Qarabağı həqiqi sahibinə sülh yolu ilə qaytarmamaq, müharibəni davam etdirmək üçün daha bir səbəbdir”,- deyə müəllif yazır.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar