Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Xocalı qatillərinin məhv edilməsi ilahi və tarixi ədalətin bərpasıdır

Tarix: 26-10-2020 22:05     Baxış: 4169 A- / A+
Xocalı qatillərinin məhv edilməsi ilahi və tarixi ədalətin bərpasıdır

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabrdan etibarən şanlı Ordumuzun başladığı müzəffər yürüş, dövlət başçısının xalqa müraciətləri və xarici mətbuata verdiyi müsahibələr regionun siyasi mənzərəsində nə qədər böyük zəlzələ effekti yaradırsa, xalqımızın qəlbində bir o qədər dərin sevinc, qürur və qəhrəmanlıq hissi formalaşdırır.
Ordumuzun düşmənin 30 il müddətində işğalda saxladığı ərazilərimizdə yaratdığı müdafiə zolağını, mühəndis-istehkam qurğularını qısa vaxtda darmadağın edərək Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərlərini və 170-dən çox qəsəbə və kəndimizi azad etməsi dünyanın hərb tarixinə düşəcək peşəkarlıq və qəhrəmanlıq nümunəsidir.

Müzəffər Ali Baş Komandanın bugünkü tarixi çıxışında Azərbaycanın öz suveren ərazilərində apardığı vətən müharibəsinə qarşı açıq və dolayısı yolla mane olmağa çalışanlara və işğalçı Ermənistana dəstək olanlara çox sərt və birmənalı xəbərdarlıq etdi. Cənab Prezidentin bu qətiyyətli çıxışı bir daha göstərdi ki, heç kimi Azərbaycanı haqq işindən döndərə bilməz, heç bir təzyiq Azərbaycan xalqının iradəsinə təsir edə bilməz. Çünki xalqımız bu gün vahid məqsəd uğrunda Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşib. Bu birlik düşmənə və onun havadarlarına ciddi mesaj və qələbəmizin əsas səbəbidir.

Cənab Prezidentin bugünkü tarixi çıxışında diqqəti xüsusilə çəkən digər bir mühüm məsələ Xocalı soyqırımını törədənlərin cəzalandırılması ilə bağlı söylədiyi fikirlərdi: “Mən demişəm ki, Azərbaycan xalqının qanı yerdə qalmayacaq və qalmır. Bu döyüşlərdə, son bir ayda Xocalı soyqırımını törədən bir çox cinayətkarlar məhv edildi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar