Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

Düşmən şəkillə koordinatları necə əldə edir? - Sabiq briqada komandiri cavab verdi

Tarix: 26-10-2020 20:38     Baxış: 4323 A- / A+
Düşmən şəkillə koordinatları necə əldə edir? - Sabiq briqada komandiri cavab verdi

"Düşmənin analitik mərkəzi fəaliyyət göstərir. Bizdə də belə mərkəz var. Biz də sosial şəbəkələrin hamısını izləyirik. Orada hər sahə üzrə mütəxəssislər oturur. Bütün bu məlumatlar nəzərdən keçirilir".

Manevr.az xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, telefon vasitəsilə hərbi təyinatlı çəkilişlər aparılıbsa, onun koordinatlarını öyrənmək çətin məsələ deyil: "Biz bilirik ki, bütün telefonlar izlənilə bilir. Şəkilin çəkildiyi ərazi üzrə telefondan koordinatları götürmək olur. Məlumatlar hamısı toplanaraq düşmənin analitik mərkəzdə təhlil olunur. Qısa bir zaman lazımdır ki, həmin koordinatlar atəş vasitəsinə ötürülsün və ora zərbə endirilsin.

Şəkillərlə müəyyən etmək olur ki, görüntülər hansı təpə, hansı yüksəklikdə lentə alınıb. Buna görə, heç kim hərbçilərin şəkil və videolarını paylaşmamalıdır. Çünki belə olan halda hərbçilərimizin həyatı təhlükəyə atılır. Belə hadisələr olub ki, şəkil çəkiləndən sonra həmin əraziyə atəş zərbələri endirilib və orada insan tələfatı olub".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar